Yuxarı

Bakıda tıxac yaradan piyada keçidlərinin qarşısında işıqfor quraşdırılır - FOTO

Məqsəd yol qəzalarının qarşısını almaq və tıxacları minumuma endirməkdir

Bakı. 25 dekabr. REPORT.AZ/ Bakıda tıxac yaradan piyada keçidlərinin qarşısında işıqforların quraşdırılmasına başlanılıb. "Report"un məlumatına görə, Xocalı prospektinin Ş.İ.Xətai metrosunun qarşısından keçən hissəsində dörd ədəd yeni elektron işıqfor quraşdırılıb. 

Qeyd edək ki, Bakıda nizamlanmayan piyada keçidləri yerləşdiyi ərazilərdə mütəmadi olaraq günün pik saatlarında avtomobil tıxacları yaranır. Bu səbəbdən də nizamlanmayan piyada keçidlərində baş verə biləcək hər hansı yol-nəqliyyat hadisəsinin qarşısını almaq və yarana biləcək tıxacları minumuma endirmək üçün həmin ərazilərdə yol-patrul xidmətinin əməkdaşları xidmət aparırdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi