Pandemiyada imtahan - FOTOREPORTAJ

Pandemiyada imtahan - FOTOREPORTAJ
Multimedia
5859
10 İyun , 2020 12:56
Pandemiyada imtahan - FOTOREPORTAJ
Report/Firudin Salimov

Koronavirus pandemiyasına görə Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunduğu dövrdən ilk dəfə imtahan keçirilib. 

“Report” xəbər verir ki, iyunun 10-da ölkənin 39 şəhər və rayonunda 9 11-ci sinif şagirdləri buraxılış (qəbul) imtahanları verib.  

İmtahan ümumilikdə 197 imtahan binası, 3 284 imtahan zalında keçirilib.

İmtahanların idarə olunmasına 197 ümumi imtahan rəhbəri, 538 imtahan rəhbəri, 4 266 nəzarətçi–müəllim, 393 buraxılışı təşkil edən əməkdaş, 197 bina nümayəndəsi cəlb olunub.

Dövlət İmtahan Mərkəzi (DİM) koronavirusa görə kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edib.

İştirakçılar imtahana tibbi maska ilə gəliblər. İmtahan binasına daxil olan iştirakçılarının məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub.

Bu dəfə virusla əlaqəli iştirakçılardan sağlamlıq haqqında bəyannamə də tələb olunub. 

“Report” koronavirus pandemiyası dövründə keçirilən ilk imtahanlardan fotoreportajı təqdim edir.