Oyma sənətini yaşadan usta - VİDEO

Oyma sənətini yaşadan usta - VİDEO "Bu sənət çətindir, istedad, bilik, bacarıq, dəqiqlik, səbir tələb edir"
Multimedia
12 Mart , 2015 15:48
Oyma sənətini yaşadan usta - VİDEO

Bakı. 12 mart. REPORT.AZ/ Azərbaycanda oyma, yonma, cızma üsulu ilə sənət əsərlərinin yaradılması ənənəsi tarixən mövcud olub. Əcdadlarımızın hələ lap qədim dövrlərdə daş üzərində oyub-cızdıqları rəsmlər, fiqurlar buna sübutdur. Bu sənət əsasən daş, ağac, sümük və başqa materiallar üzərində işlənilir. 

Ağac üzərində oyma dekorativ-tətbiqi sənəti haqqında uşaqlıqdan bu sənətlə məşğul olan İmran Kərimov "Report"un əməkdaşı ilə söhbətində bu sənəti atasından öyrəndiyini deyib.

Sənətin çətinliyindən danışan ustanın sözlərinə görə, hər ağacın üzərində səlis oyma ilə məşğul olmaq mümkün deyil, çünki material tez sınır və xarab olur: "Öncə materialı düzgün seçmək lazımdır. Hər bir cizgi xüsusi bir incəliklə taxta üzərinə köçürülməlidir. Bu sənət çətindir, istedad, bilik, bacarıq, dəqiqlik, səbir tələb edir".

Son xəbərlər

Orphus sistemi