Yuxarı

Cəlil Məmmədquluzadənin nəticəsi: "15 il əvvəl bildim ki, ulu babam azərbaycanlıdır " - VİDEO

Mirzə Cəlilin nəticəsi: "Ulu babamdan 15 il əvvəl xəbər tutdu"
© Report/Vüqar Xanlarov — Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri

“Əvvəl babam haqqında xəbərim vardı, amma təsəvvürümə gətirə bilmirdim ki, o, Azərbaycan milləti-xalqı üçün bu qədər önəmli bir şəxsiyyətdir”.

Bunu “Report”a müsahibəsində Bakıda səfərdə olan Cəlil Məmmədquluzadənin nəticəsi Martin Cavanşiri bildirib.

Onun sözlərinə görə, Azərbaycana akademik İsa Həbibbəyli və Mədəniyyət Nazirliyinin dəvəti ilə gəlib: “Gəldiyim üçün məmnunam. Mən Polşada anadan olmuşam və 35 ildir orada yaşayıram. Uşaq vaxtı İrana köçdük və həyatımın 14 ilini Tehranda yaşadım. Polşada böyük bir firmada mühəndis vəzifəsində işləyirəm. Bəzi qohumlarımızla əlaqə saxlayıram. Onların bəziləri İrlandiyada yaşayır. Amma əksəriyyəti ilə, əsasən də, İranda yaşayanlarla əlaqəm yoxdur. Azərbaycana çoxdan gəlmək istəyirdim. Hardasa 15 il əvvəl bildim ki, mənim ulu babam azərbaycanlıdır və Azərbaycanda görkəmli şəxsiyyət olub. Təəssüflər olsun ki, indiyə kimi gələ bilməmişəm”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi