DÇ-2026: Avstriya İordaniyanı məğlub edib - YENİLƏNİB-6
- 17 iyun, 2026
- 10:08
Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyunu başa çatıb.
"Report"un məlumatına görə, Avropa təmsilçisi rəqibini məğlub edib - 3:1.
Avstriya yığmasının heyətində 20-ci dəqiqədə Romano Şmid hesabı açıb. Ali Olvan 50-ci dəqiqədə tarazlığı bərpa edib. 76-cı dəqiqədə İordaniya komandasından Yazan Al Arab avtoqol müəllifi olub. 90+12-ci dəqiqədə Marko Arnautoviç penaltini dəqiq yerinə yetirib.
Xatırladaq ki, J qrupunun digər qarşılaşmasında Argentina Əlcəzairi üç cavabsız qolla üstələyib. ABŞ, Kanada və Meksikada təşkil olunan DÇ-2026 iyulun 19-da başa çatacaq.
Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyununda üçüncü qol vurulub.
"Report"un məlumatına görə, Avropa təmsilçisi yenidən hesabda önə keçib - 2:1.
Yazan Al Arab 76-cı dəqiqədə avtoqol müəllifi olub.
Qarşılaşmanı mavritaniyalı FIFA referisi Dahan Beyda idarə edir.
Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyununda ikinci qol vurulub.
"Report"un məlumatına görə, İordaniya seçməsi 50-ci dəqiqədə tarazlığı bərpa edib - 1:1.
Ali Olvan adını tapbloya yazdırıb.
Qarşılaşmanı mavritaniyalı FIFA referisi Dahan Beyda idarə edir.
Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyununda ikinci hissə start götürüb.
"Report"un məlumatına görə, San-Fransisko Bay Area stadionunda keçirilən J qrupunun matçında Avropa təmsilçisi hesabda öndədir - 1:0.
20-ci dəqiqədə Romano Şmid fərqlənib.
Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyununda ilk hissə başa çatıb.
"Report"un məlumatına görə, San-Fransisko Bay Area stadionunda keçirilən J qrupunun matçında Avropa təmsilçisi fasiləyə öndə yollanıb - 1:0.
20-ci dəqiqədə Romano Şmid uzaq məsafədən qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının J qrupunun Avstriya - İordaniya oyununda hesab açılıb.
"Report"un məlumatına görə, San-Fransisko Bay Area stadionunda keçirilən J qrupunun matçında Avropa təmsilçisi hesabda irəli çıxıb - 1:0.
20-ci dəqiqədə Romano Şmid uzaq məsafədən qapını dəqiq nişan alıb.
Futbol üzrə dünya çempionatının Avstriya - İordaniya oyunu başlayıb.
"Report"un məlumatına görə, J qrupunun matçı San-Fransisko Bay Area stadionunda keçirilir.
Qarşılaşmanı mavritaniyalı FIFA referisi Dahan Beyda idarə edir.