Artıq bir aydan çoxdur davam edən Rusiyanın Ukraynada apardığı müharibə əsasən birincinin artileriya və aviazərblərə üstünlük verməsi ilə müşahidə olunur.
Daha çox yaşayış obyektlərinin zərər gördüyü raket zərbələri artıq Kiyev vilayətindən paytaxt Kiyevin özünə də çatıb.
Raket zərbələrinin əksəriyyəti Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən səmada məhv edillsə də, onlardan şəhərin müxtəlif yerlərinə düşənlər də var. Belə ki, son bir həftədə Kiyev şəhərinin Poznyaki, Podolsk, Nivki və Şevçenkovskiy rayonlarının məruz qaldığı raket zərbələri nəticəsində bir sıra yaşayış evləri, ticarət mərkəzləri ciddi zədə görüb. Bu zərbələr nəticəsində ümumilikdə 50-yə yaxın mülki insan həlak olub və ya yaralanıb.
"Report"un Şərqi Avropa bürosu Kiyevdə dağıdılmış mülki obyektlərdən fotoreportajı təqdim edir: