Karantin şəraitində səsvermə - FOTOREPORTAJ

Karantin şəraitində səsvermə - FOTOREPORTAJ Bakıda yaşayan Rusiya vətəndaşları Konstitusiya dəyişikliklər üzrə səs verir
Multimedia
610
1 İyul , 2020 12:41
Karantin şəraitində səsvermə - FOTOREPORTAJ
Report

Bu gün Rusiya Konstitusiyasına dəyişikliklər edilməsi üzrə əsas səsvermə üçün Rusiyanın Bakıdakı səfirliyin konsulluq şöbəsinin binasında seçki məntəqəsi açılıb.

“Report”un məlumatına görə, səsvermə səhər saat 08:00-da başlayıb və 20:00-dək davam edəcək.

Koronavirus pandemiyası ilə əlaqədar səsvermə Azərbaycanda tətbiq olunan karantin rejimi şəraitində keçirilir. Bununla əlaqədar seçki məntəqəsinə gələnlərin hərarəti ölçülür, onlara maskalar və rezin əlcəklər, birdəfəlik qələmlər verilir.

Seçki komissiyasının üzvləri ölkədə COVID-19 yayılmasının qarşısını almaq məqsədi ilə Azərbaycan hökumətinin tətbiq etdiyi sanitar normalara və məhdudiyyətlərə nəzarət edirlər.

Qeyd edək ki, 8017 saylı seçki məntəqəsi vaxtından əvvəl səs vermək istəyənlər üçün iyunun 25-dən 30-dək də açıq olub. Bakıda yaşayan 100-dən çox Rusiya vətəndaşı bu hüquqdan istifadə edib.

Əlavə edək ki, səsverməyə çıxarılan dəyişikliklər baş nazirin və parlament palatalarının səlahiyyətlərinin dəyişdirilməsini, hökumətin təyin edilməsinin yeni qaydasını, sabiq prezidentlərin toxunulmazlığını, ömürlük senatorların olmasını və s. nəzərdə tutur.