Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu və sərgisi keçirilib

Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu və sərgisi keçirilib Tədbir Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub
Multimedia
9 Sentyabr , 2017 18:11
Heydər Əliyev Mərkəzinin parkında aviamodellərin uçuş şousu və sərgisi keçirilib
Report.az/Elşən Baba

Bakı. 9 sentyabr. REPORT.AZ/ Heydər Əliyev Mərkəzinin parkında sentyabrın 9-da aviamodellərin uçuş şousu və sərgisi keçirilib. 

"Report" xəbər verir ki, tədbir Milli Aviasiya Akademiyası ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. 

Şou və sərgidə bir sıra beynəlxalq yarışlarda və festivallarda nümayiş etdirilmiş 30-a qədər aviamodel olub. Eyni zamanda, peşəkar pilot, konstruktor və Milli Aviasiya Akademiyasının müəllim-tələbə heyəti maraqlananlar üçün aviamodellərin layihələndirilməsi, hazırlanması və idarə edilməsi qaydaları barədə praktiki təlimlər də keçirilib. 

Tədbirin məqsədi uşaq və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili, onların bacarıq və qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək vermək, eləcə də pilotsuz uçuş aparatlarının praktiki layihələndirməsi, hazırlanması və istismarı vərdişlərini aşılamaqdır.

Son xəbərlər

Orphus sistemi