Yuxarı

Göyçayda bəndin uçması nəticəsində yaranan fəsadlar aradan qaldırılıb - VİDEO

Göyçayda bəndin uçması nəticəsində yaranan fəsadlar aradan qaldırılıb
© Report

Göyçay rayonunda su kanalının bəndinin uçması nəticəsində yaranan fəsadlar aradan qaldırılıb. 

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, bu gün səhər saatlarından əraziyə ağır texnikalar və Göyçay rayon Suvarma Sistemləri İdarəsinin (SSİ) canlı qüvvəsi cəlb olunub.

Göyçay rayon SSİ-nin müdiri Şakir Əhmədov "Report"un yerli bürosuna bildirib ki, kanalın məcrası dəyişdirilib və su kanalı lildən təmizlənib.

Ş.Əhmədov əlavə edib ki, kanaldan kəndlərə suyun verilməsində heç bir problem yoxdur: "Bundan başqa, kanalda lildən təmizləmə işləri də idarə tərəfindən davam edir. Hazırda kanalda bəndin uçan hissəsində betonlama işləri aparılır. Yaxın vaxtlarda bu işlərin yekunlaşdırlması nəzərdə tutulur".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi