Gəncə və Bərdəyə hücumların qurbanları Moskvada anıldı

Gəncə və Bərdəyə hücumların qurbanları Moskvada anıldı Bu gün Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında ölkə və Qarabağ münaqişəsi haqqındakı məlumatların təqdim olunduğu stend açılıb.
Multimedia
4351
30 Oktyabr , 2020 17:39
Gəncə və Bərdəyə hücumların qurbanları Moskvada anıldı

Bu gün Azərbaycanın Rusiyadakı səfirliyinin qarşısında ölkə və Qarabağ münaqişəsi haqqında məlumatların təqdim olunduğu stend açılıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, stend üzərindəki yazıda qeyd olunur: “Qarabağ mübahisəli ərazi yox, dünyanın tarixən və rəsmən tanıdığı Azərbaycanın ayrılmaz parçasıdır”.

Bununla yanaşı, həmin məkanda Gəncəyə və Bərdəyə Ermənistan ordusunun raket hücumlarını əks etdirən fotolar və yazılı məlumatlar da yerləşdirilib. Rusiya paytaxtında yaşayan azərbaycanlılar, habelə bu faciəyə biganə qalmayan yerli əhali nümayəndələri stendə gül-çiçək düzərək həlak olan vənədaşlarımızın xatirəsini ehtiramla yad edirlər.

Son xəbərlər

Orphus sistemi