Ermənilərin daha bir saxtakarlığı: Alban məbədi erməniləşdirilib - VİDEO

Ermənilərin daha bir saxtakarlığı: Alban məbədi erməniləşdirilib - VİDEO Guya bu məbəd daha qədimdən ermənilərin kilsəsi olub
Multimedia
15 Fevral , 2021 11:08
Ermənilərin daha bir saxtakarlığı: Alban məbədi erməniləşdirilib - VİDEO

Ermənilərin daha bir saxtakarlığı üzə çıxıb. Saxtakarlar Xocavənd rayonunun Tuğ kəndi ərazisində yerləşən qədim alban məbədini saxtakarlıqla erməniləşdiriblər.

"Report"un Tuğ kəndinə ezam olunmuş əməkdaşı İsmayıl Nəsibli xəbər verir ki, azərbaycanlıların qədim yaşayış məskəni olan bu kənddə keçmiş alban nəsillərinin nümayəndələri yaşayıb.

Tuğ kəndi 1991-ci il oktyabr ayının 30-dan 31-nə keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. İşğaldan sonra düşmən yenə də öz iyrənc əməllərindən əl çəkməyib. Onlar qədim alban kilsəsində saxtakarlığa əl atıblar, öz yazılarını oraya əlavə ediblər və bu məbədi "özününküləşdiriblər". Saxta görüntü yaratmaq üçün ermənilər məbədin ərazisinə qəbir daşları da yerləşdiriblər. Guya ki, bu məbəd daha qədimdən ermənilərin kilsəsi olub.

Lakin Tuğ kənd sakini, 65 yaşlı Nizami Hüseynov “Report”un əməkdaşı ilə söhbət zamanı erməni saxtakarlıqlarını ifşa edib. O, bu kənddə azərbaycanlılarla ermənilərin birgə yaşadığını, hazırda Tuğun ərazisində yerləşən kilsənin isə daha əvvəl alban məbədi olduğunu deyib:

“Ermənilər buranı işğal edəndən sonra saxtakarlıqlar ediblər, alban məbədini erməniləşdiriblər. Kilsənin ərazisinə saxta qəbiristanlıq salınıb. Bura daşlar gətirilərək tökülüb. Bütün Tuğ sakinləri bilir ki, burada heç bir daş olmayıb. Biz uşaq olanda bu ərazidə müxtəlif oyunlar oynayırdıq. Hətta o vaxtlar məbəd mədəniyyət evi kimi istifadə olunub. Biz burada kinoya baxırdıq. Ermənilər çalışıblar ki, Azərbaycana aid nə varsa hamısının izini itirsinlər”.

Kəndin digər sakini Vaqif İbrahimov da söyləyib ki, tuğlular həmin məbədi mədəniyyət evi kimi istifadə edib. O bildirib ki, kəndin işğalına qədər həmin yerdə kinoya baxıb, müğənnilər konsert verib:

 Vaqif İbrahimov
Vaqif İbrahimov

“Saxtakar ermənilər məbədin xarici görünüşünü dəyişiblər. Onlar məbədə saxta kanstruksiyalar əlavə edib, özününküləşdiriblər”.

Qeyd edək ki, Tuğ kəndi 2020-ci il noyabr ayının 9-u Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib.

Xatırladaq ki, Ermənistan Azərbaycanın tarixi-dini, mədəniyyət abidələrinə münasibətdə konkret bir siyasət həyata keçirib. İşğal altında olan 128 alban məbədinin, demək olar ki, hamısı, o cümlədən Xudavəng məbədi, Laçındakı Ağaoğlan məbədi, Ağdərədəki Gəncəsər məbədi və Xocavənd rayonundakı Amasar kilsəsi erməni qriqorian kilsəsinə çevrilib.

Video: Mircavid Eminoğlu

Montaj: Rəvan Novruzov

Son xəbərlər

Orphus sistemi