Əbu-Dabi: qumlar arasında vahə - FOTOREPORTAJ

Əbu-Dabi: qumlar arasında vahə - FOTOREPORTAJ BƏƏ paytaxtı həyatın bir dəqiqədə belə dayanmadığı ultramüasir şəhərdir
Multimedia
4 Mart , 2015 17:48
Əbu-Dabi: qumlar arasında vahə - FOTOREPORTAJ

Bakı. 4 mart. REPORT.AZ/ İnanmaq çətindir ki, cəmi 40 il əvvəl 7 əmirliyin ərəb dünyasının ən uğurlu konfederasiyasını yaratdığı zaman Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi balaca qəsəbə idi və onun sakinləri Fars körfəzində mirvari axtarışı ilə məşğul olurdular.

Bu gün Əbu-Dabi həyatın bircə dəqiqə belə dayanmadığı ultramüasir şəhərdir.

Cəmi 40 il əvvəl burada hətta avtomobil yox idi. İlk "Toyota" avtomobili buraya vahid dövlətin yaradılmasından sonra gətirilib və dövlətin təsisçisi Şeyx Zayed bin Sultan əl-Nahyana hədiyyə olunub. Bu gün həmin avtomobil Saadiyat adasında yerləşən muzeydə saxlanılır. Ölkənin tarixi ilə tanış olmaq üçün hökmən bu muzeyə getmək lazımdır. Həmin adada Luvr və Quqenqaym muzeylərinin filialları inşa edilir.

Daim tikintinin getdiyi şəhərin yeni binaları onun ümumi görkəminə xələl gətirmir, əksinə, yaraşıq verir, əkilən çoxsaylı ağaclar isə insana səhrada olduğunu unutdurur. 

Şəhərin diqqəti cəlb edən yerləri sırasında BƏƏ yaradıcısının adını daşıyan Ağ məscidi xüsusi vurğulamaq lazımdır. Burada siz dünyada ən böyük xalçanı və ən yüksək əyarlı qızılla yazılmış Allahın bütün adlarını görə bilərsiniz. 

Şəhərdəki insanlar ayrı mövzudur. Düzdür, əba və ya kandura geyinən insanları görmək çətindir, çünki Əbu-Dabinin yalnız 20% əhalisi BƏƏ vətəndaşları olan yerli sakinlərdir. Burada işləyən xarici vətəndaşlar çox mehribandır və hər an ehtiyacı olanlara yardım göstərməyə hazırdırlar. 

Şübhəsiz ki, Əbu-Dabiyə səfər etməyə dəyər.   

Son xəbərlər

Orphus sistemi