Doxsan iki il sonra Azərbaycana gətirilən zubrlar

Doxsan iki il sonra Azərbaycana gətirilən zubrlar 92 il sonra Azərbaycana gətirilən zubrlar
Multimedia
13 Dekabr , 2021 17:41
Doxsan iki il sonra Azərbaycana gətirilən zubrlar

"Nəsli kəsilmiş zubrların bərpası, onların ölkə təbiətinə reintroduksiya olunması və artırılması məqsədilə 2019-2020-ci illər ərzində Avropadan Azərbaycana 17 baş zubr gətirilərək Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində təbiətə buraxılıb".

Bunu "Report"a açıqlamasında Şahdağ Milli Parkının direktor müavini Cəlil Rzayev deyib.

O bildirib ki, hazırda parkda olan zubrların sayı 29 başdır: “Zubrların son nəsli Cənubi Qafqazda 1937-ci ildə kəsilib. Təkrar olaraq İDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və WWF-in Azərbaycan ofisi tərəfindən həyata keçirilən zubrların reintroduksiya layihəsi çərçivəsində Avropadan Azərbaycana zubrlar gətirilib. Hazırda Şahdağ Milli Parkının İsmayıllı bölməsinin ərazisində 29 baş zubr var və təbiətimizə tam olaraq uyğunlaşıb”.

Son xəbərlər

Orphus sistemi