Bayıl sürüşmə zonasında son durum necədir? - FOTOREPORTAJ

Bayıl sürüşmə zonasında son durum necədir? - FOTOREPORTAJ Əhali əraziyə buraxılmır
Multimedia
12 Fevral , 2018 13:20
Bayıl sürüşmə zonasında son durum necədir? - FOTOREPORTAJ
Report/ Elchin Murad

Bakı. 12 fevral. REPORT.AZ/ Bakı şəhəri, Səbail rayonunun Bayıl qəsəbəsində sürüşmə baş verən zonada sakinlərin köçürülməsi davam edir.

"Report"un ərazidə olan əməkdaşı xəbər verir ki, bəzi sakinlər onlara hələ də kirayə pulu verilməməsindən narazılıq edib: "Bizə dedilər ki, evlərimizi tərk edin. Hazırda da yenə yük maşını ilə gəliblər, ev-ev gəzirlər ki, "çıxın evdən". Bilmirik hara gedək? Bizə qalmaq üçün yer ayırmayıblar, nə də kirayə pulu vermirlər".

Ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov "Report"a açıqlamasında deyib ki, Bayıl sürüşmə zonasında gərginlik azalmayıb: "Əhali hadisə baş verən əraziyə buraxılmır".

Onun sözlərinə görə, ərazidə hansısa iş görmək, mayak vurmaq, hətta müşahidə aparmaq mümkün deyil: "Sürüşmə nəticəsində çoxsaylı çatlar əmələ gəlib. Bəzi çatlar 20 metrə qədər aralanıb".

Ekspedisiya rəisinin sözlərinə görə, sürüşmə baş verən ərazi Teleqüllədən 250-300 metrə qədər cənub-şərqdədir: "Prosesin baş verdiyi ərazi 2004-cü ildə Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyası tərəfindən koordinatları göstərilməklə qeyd olunub, konturlaşdırılıb. Proses də həmin konturladığımız yerdədir. Teleqüllə isə ora daxil deyil, teleqüllə başqa blokda yerləşir. Struktur cəhətdən də sürüşmə ərazisi ilə geoloji əlaqəsi yoxdur".

Müxbirlər: Aynur Osmanqızı və İsmayıl Nəsibli

Foto: Elçin Murad

Son xəbərlər

Orphus sistemi