Bakıya yağan güclü yağış nəqliyyatın hərəkətində problemlər yaradıb - FOTOREPORTAJ - VİDEO - YENİLƏNİB

Bakıya yağan güclü yağış nəqliyyatın hərəkətində problemlər yaradıb - FOTOREPORTAJ - VİDEO - YENİLƏNİB Avtomobillər su basmış yollarda hərəkətsiz qalıb
Multimedia
388
3 Oktyabr , 2017 10:46
Bakıya yağan güclü yağış nəqliyyatın hərəkətində problemlər yaradıb - FOTOREPORTAJ - VİDEO - YENİLƏNİB
Foto: REPORT/Ruslan Mammadov

Video əlavə olunub


*** 00:32

Bakı. 3 oktyabr. REPORT.AZ/ Axşam saatlarından etibarən paytaxt Bakıya yağmağa başlayan güclü yağış nəqliyyatın hərəkətində problemlər yaradıb.

"Report" xəbər verir ki, Bakının Yasamal rayonu ərazisindən keçən Şərifzadə küçəsinin "İnşaatçılar" metrostansiyası yaxınlığında bir neçə avtomobil xarab olaraq su basmış yolda qalıb.

Yeni Yasamal yaşayış massivində isə yolda qalan 39 saylı marşrut avtobus sərnişin və sürücülərin köməyi ilə sudan çıxarılıb.

Sözügedən ərazidə yol keçilməz vəziyyətə düşüb.

Bundan əlavə, paytaxtın Ziya Bünyadov prospektinin Nəsimi rayonu ərazisinə düşən hissəsində də yolu su basması nəticəsində avtomobillərin hərəkəti mümkünsüz hala gəlib.

Son xəbərlər

Orphus sistemi