Yuxarı

Bakının "zəbt olunmuş" avtobus dayanacaqları - FOTOREPORTAJ

İnzibati Xətalar Məcəlləsinə görə, həmin sürücü 40 manat məbləğində cərimə olunur

Bakı. 12 yanvar. REPORT.AZ/ Taksi fəaliyyəti ilə məşğul olan, o cümlədən şəxsi avtomobil sürücülərinin avtobus dayanacaqlarının ərazilərində park etməsi bir sıra problemlərə səbəb olur. "Report"un xəbərinə görə, avtobus sürücüləri nəqliyyat vasitələrini yolun hərəkət hissəsində saxlamaq məcburiyyətində qalır ki, bu da qəza şəraitinin yaradılmasına zəmin yaradır, eləcə də dayanacaqlarda piyadaların sərbəst hərəkətinə mane olur. Belə hallar paytaxtın bir çox prospekt və küçəsində baş verir.
Qeyd edək ki, dayanma, durma, parklanma qaydalarının pozulmasına görə dövlət yol polisi tərəfindən fotomateriallar tərtib edildikdə, həmin sürücü İnzibati Xətalar Məcəlləsinə görə  40 manat məbləğində cərimə olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi