Bakının mərkəzindəki meymun insanlar üçün təhlükəlidirmi? - VİDEO

Bakının mərkəzindəki meymun insanlar üçün təhlükəlidirmi? - VİDEO Mütəxəssis meymun sahibinin dediklərini təkzib edir
Multimedia
11 Sentyabr , 2019 17:31
Bakının mərkəzindəki meymun insanlar üçün təhlükəlidirmi? - VİDEO

Mütəxəssis meymun sahibinin dediklərini təkzib edir

Paytaxtın Fəvvarələr Meydanı ərazisindən yolu düşənlər meymunla şəkil çəkdirməyi təklif edən şəxsi ən az bir dəfə görməmiş olmaz. İstənilən şəxs 5 manat ödəməklə bu heyvanla foto çəkdirə bilər.

Bununla yanaşı, mətbuatda meymunun insanları dişləməsi və xəstəxanalıq etməsi barədə xəbərlər də yayılıb. Hər gün yüzlərlə insanla təmasda olan meymunun sertifikatının olub-olmaması, vaksin edilib-edilməməsi ilə bağlı suallar meydana gəlir.

“Report”un əməkdaşları meymunun sahibi və ekspertlə söhbətləşərək bu suallara aydınlıq gətirməyə çalışıb.

Meymun sahibi ilə müsahibə zamanı o, heyvanın sertifikatının olduğunu və ayda bir dəfə vaksin etdirdiyini bildirib: “Bu meymun dişləmir, dırnaqları da yoxdur. Ümumilikdə, ayda bir dəfə vaksin etdirirəm. Vaksinin qiyməti 50 manatdır. Bu vaxta kimi heç kimi dişləməyib, xəsarət yetirməyib”.

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin heyvan sağlamlığı və baytarlıq xidmətlərinin tənzimlənməsi şöbəsinin müdiri Ramiz Salmanov isə "Report"a açıqlamasında meymun sahibinin dediklərini təkzib edib: "Vaksin ildə bir dəfə vurulmalıdır".

O bildirib ki, heç bir heyvan adi halda heç kimi dişləməz:

“Lakin belə hal baş verərsə, vəhşi heyvan insanı dişləyərsə, burada əsas risk quduzluqdur. Bu baxımdan istər it, istər meymun dişləməsi olarsa, mütləq səhiyyə müəsissəsinə getməli və vaksin vurulmalıdır. Həmçinin dişləyən heyvanı qapalı yerdə nəzarətdə saxlamaq lazımdır. Əgər heyvan quduzdursa, 14-15 günə ölməlidir. Ölməsə, demək, quduzluğu yoxdur”.

Son xəbərlər

Orphus sistemi