Yuxarı

Bakının 100 kilometrliyindəki ada - FOTOREPORTAJ

Adada Köhnə qəsəbə və Yeni qəsəbəyə bölünən yaşayış sahəsi var

Bakı. 26 may. REPORT.AZ/ Ümumi ərazisi 11,4 kvadrat kilometr olan Çilov adası Abşeron yarımadasından 25 km, Bakı şəhərindən isə 100 km aralıda yerləşir. "Report"un məlumatına görə, uzunluğu 4,5 km, eni isə 3,3 km olan adanın ən hündür yeri 8 metrdir.

Çilov adasında "Köhnə qəsəbə" və "Yeni qəsəbə"yə bölünən yaşayış sahəsi var ki, bu yaşayış sahəsi 1949-cu ildə qəsəbə statusu alıb. Yalnız gəmi və helikopter vasitəsilə gediş-gəlişin mümkün olduğu adada 1692 nəfər adam yaşayır.

SOCAR-a məxsus olan "28 May" Neft-Qaz Çıxarma İdarəsinin (NQÇİ) də yerləşdiyi adada uşaq bağçası, orta məktəb, məscid, sutəmizləmə idarəsi, 3 yataqxana, tibb məntəqəsi, çay evi və başqa ictimai mərkəzlər yerləşir.

Milli Qəhrəman Rasim İbrahimovun adını daşıyan 131 saylı orta məktəbdə 122 şagird təhsil alır və onlara 23 müəllim dərs keçir.

Burada yerləşən uşaq bağçası isə 50 körpə üçün nəzərdə tutulub, amma hazırda orda 21 uşaq təlim-tərbiyə alır.

Ümumilikdə 315 işçinin eyni anda yaşaması üçün hər cür şəraiti olan yataqxanaların hər biri 35 otaqdan ibarətdir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi