Bakıda Xəzər İnşaat Həftəsi keçirilir - FOTO

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir - FOTO Bu il “BakuBuild” sərgisində 26 ölkəni təmsil edən 298 şirkət iştirak edir
Multimedia
19 Oktyabr , 2016 13:58
Bakıda Xəzər İnşaat Həftəsi keçirilir - FOTO

Bakı. 19 oktyabr. REPORT.AZ/ Bu gün “Baku Expo Center”də XXII Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (BakuBuild 2016) işə başlayıb.

“Report” xəbər verir ki, dörd gün davam edəcək “BakuBuild” sərgisi ilə yanaşı, IX Beynəlxalq İstilik, Havalandırma və Kondisiyalaşdırma sistemləri, Su təchizatı, Sanitariya, Ətraf mühitin mühafizəsi texnologiyaları, Üzgüçülük hovuzu və Bərpa olunan enerji (Aquatherm Baku 2016) və IX Xəzər Beynəlxalq Mühafizə, Təhlükəsizlik və Xilasetmə vasitələri (Securika CIPS 2016) sərgilərinin də daxil olduğu Xəzər İnşaat Həftəsi keçirilir.

Bu il “BakuBuild” sərgisində 26 ölkəni təmsil edən 298 şirkət iştirak edir və üç ölkə - İtaliya, İran və BƏƏ sərgidə öz milli pavilyonları ilə təmsil olunur. Tikinti sahəsində öz xidmətlərini təklif edən istehsalçı, distribyutor və müəssisələrdən ibarət Azərbaycan şirkətləri sərgi eksponentlərinin 50%-ni təşkil edir. Ənənəvi olaraq, “BakuBuild 2016” sərgisində keramika, üzlük daşlar, mərmər, lak-boya materialları, qapı-pəncərə, interyer, dam və döşəmə örtükləri, metal və bürünc məmulatlar, eləcə də inşaat texnikası kimi tikinti materiallarının bütün çeşidi təqdim olunub.

Son xəbərlər

Orphus sistemi