Bakı Metropoliteni kiçik sərnişinlərinə Yeni il sürprizi edib - FOTOREPORTAJ

Bakı Metropoliteni kiçik sərnişinlərinə Yeni il sürprizi edib - FOTOREPORTAJ Stansiyalarda 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirlər başlayıb
Multimedia
30 Dekabr , 2017 12:12
Bakı Metropoliteni kiçik sərnişinlərinə Yeni il sürprizi edib - FOTOREPORTAJ
Report/Firi Salim

Bakı. 30 dekabr. REPORT.AZ/ Bu gündən Bakı Metropoliteninin stansiyalarında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə tədbirlər başlayıb. 

Metronun "İçərişəhər" stansiyasından start verilən tədbirə Şaxta baba və Qar qız "Bakmil"dən retro qatarla gəliblər. "Bakı Mertopoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Şaxta baba, marketinq şöbəsinin rəisi Lalə Babayeva isə Qar qız obrazında çıxış ediblər. Onlar metronun kiçik sərnişinləri olan uşaqlara oyuncaqlar hədiyyə ediblər. 

"Report" tədbirdən hazırladığı fotoreportajı təqdim edir. 

Son xəbərlər

Orphus sistemi