“Bakı Marafonu-2017”nin qalibləri məlum olub - FOTOREPORTAJ

“Bakı Marafonu-2017”nin qalibləri məlum olub - FOTOREPORTAJ Kişilər və qadınlar arasında birinci yerləri Türkiyə vətəndaşları tutub
Multimedia
30 Aprel , 2017 11:34
“Bakı Marafonu-2017”nin qalibləri məlum olub - FOTOREPORTAJ

Bakı. 30 aprel. REPORT.AZ/ Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Küləyə qalib gəl” adlı “Bakı Marafonu-2017”nin qalibləri məlum olub.

"Report" xəbər verir ki, marafonda kişilər arasında birinci və ikinci yeri Türkiyə vətəndaşları Aslan Veyzi və Üzeyir Söyləməz, üçüncü yeri isə Rusiya vətəndaşı Vladislav Dimyanov tutub.

Qadınlar arasında da finişə ilk çatan Türkiyə vətəndaşı olub. Yayla Kiriç Ali bütün rəqiblərini arxada qoyub. Marafonun ikinci yerini ukraynalı Valentina Poltovskaya, üçüncü yeri isə İran vətəndaşı Pevsina Arab tutub.

Yarışa ümumilikdə 13 mindən çox insan qatılıb.

Son xəbərlər

Orphus sistemi