Yuxarı
    Bağlamaq

    Azərbaycanlı gənc ixtiraçı: “Rainergy” qurğusunun hazırlanması üçün 20 min dollar lazımdır” - VİDEO

    Reyhan Camalova: “Hindistan sahibkarları da bu layihəyə çox böyük maraq göstərdilər”© Report

    Bakı. 22 dekabr. REPORT.AZ/ “Hindistanda keçirilən Qlobal Sahibkarlıq Sammitində (GES) iştirakımız uğurlu oldu. Hindistanlılar çox mehribandırlar”.

    Bunu “Report”a GES-də iştirak edən ABŞ prezidenti Donald Trampın baş müşaviri və qızı İvanka Trampı heyran qoyan azərbaycanlı gənc ixtiraçı Reyhan Camalova deyib.

    Onun sözlərinə görə, özünün ixtira etdiyi “Rainergy” qurğusu tədbirdə iştirak edən investorların marağına səbəb olub və artıq bir sıra təkliflər də alıb: “Hindistan özü də yağışlı ölkə olduğu üçün Hindistan sahibkarları da bu layihəyə çox böyük maraq göstərdilər. Mən orda da dedim ki, bu layihənin həyata keçirilməsi üçün 20 min dollar lazımdır. İnvestorlar da bildirdilər ki, bu o qədər də böyük məbləğ deyil. Mənə Azərbaycandan da təkliflər gəlib. Sadəcə təklifləri dəyərləndirib danışıqlar aparmaq qalıb”.

    R.Camalovanın mentoru Leyla Tağızadə isə bildirib ki, hazırda investorların cəlbi üçün iş gedir. O, Azərbaycan dilində olan layihənin rus və ingilis dillərinə tərcümə ediləcəyini də vurğulayıb. 

    Xatırladaq ki, azərbaycanlı gənc Reyhan Camalovanın ixtira etdiyi “Rainergy” qurğusu ilə yağış suyundan elektrik enerjisi almaq mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi