Azərbaycanın şəhər və rayonlarında ağacəkmə aksiyası keçirilib - VİDEOREPORTAJ

Azərbaycanın şəhər və rayonlarında ağacəkmə aksiyası keçirilib - VİDEOREPORTAJ Tovuz rayonunda yerli sakinlər Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubleyi çərçivəsində 650 min ağac əkilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşulublar.
Multimedia
6 Dekabr , 2019 22:33
Azərbaycanın şəhər və rayonlarında ağacəkmə aksiyası keçirilib  - VİDEOREPORTAJ

Tovuz rayonunda yerli sakinlər Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubleyi çərçivəsində 650 min ağac əkilməsi barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünə qoşulublar.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, əvvəlcədən ağac əkiləcək sahələr müəyyənləşdirilərək lazımi hamarlama işləri görülərək çalalar qazılmış, əkin materalı, ağac şitil və tingləri tədarük olunub. 2000 nəfərdən artıq Tovuz rayonun Qovlar şəhəri, Aşağı Mülkülü, Əsrik Cırdaxan və Yuxarı Öysüzlü və rayonun digər kəndləri ərazisində “Təbiətə öz töhfəni ver”, “Nəsimi 650-ağac 650000”, “Nəsimi ili”ndə 650 min ağac əkək!” çağırışları altında mütəşəkilliklə ağacəkmə kampanyasına qoşulublar. Tovuz rayon İcra Hakimiyyətinin başçısı cənab Məmməd Məmmədov yeni salınan yaşıllıq zonaları və meşə zolaqlarının hər birində tədbir iştirakçıları ilə birgə ağaclar əkib və onları suvarıb.

Bu gün rayon ərazisində 10 min ədəddən artıq ağac əkilib.


***

Qazax rayonunda da “Təbiətə öz töhfəni ver” devizi altında keçirilən kampaniya çərçivəsində  ağacəkmə aksiyası baş tutub.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, rayonun Birinci Şıxlı, İkinci Şıxlı, Yuxarı Salahlı, Qazaxbəyli, Aslanbəyli və Çaylı kəndlərində yol kənarında baş tutan ağacəkmə kampaniyasında 3 min ədəd şam ağacı tingi əkilib.

Səhər saatlarından start verilən ağacəkmə kampaniyasında Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların kollektivləri, məktəblilər, tələbələr, gənclər, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ağacəkmədə iştirak edən rayon rəhbəri yolboyu ağac əkilən ərazilərdə olub, iştirakçılarla, gənclərlə görüşüb.

Əsl bayram əhval-ruhiyyəli aksiyada Böyük şairin qəzəlləri, şeirləri səslənib, İmadəddin Nəsimi yaradıcılığına olan hörmət və ehtiram bir daha nümayiş olunub.


***

Ucar rayonunda da ağacəkmə aksiyası keçirilib. 

"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, aksiya çərçivəsində yaşıllıq sahələrinin artırılması və ekoloji tarazlığın təmin edilməsi məqsədilə Ucar şəhərin mərkəzi küçələrində, yaşayış binalarının həyətlərində, parklar və xiyabanlarda 40 mindən artıq eldar şamı, tuya, çinar, tut tingləri və müxtəlif meyvə ağacları əkilib.

Ağacəkmə kampaniyasında rayonun hüquq-mühafizə orqanlarının, idarə, təşkilat və müəssisələrinin rəhbərləri və kollektivləri, rayon ictimaiyyəti yaxından fəal iştirak ediblər.


***

Zərdab rayonunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən 650 min ağac əkini kampaniyasına zərdablılar da qoşulub.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon ərazisində kampaniyaya hazırlıq ərəfəsində 17 min, bu gün isə 10 min ədəddən çox ağac əkilib, yeni yaşıllıqların suvarılması üçün xətlər çəkilib.

Ağacəkmə kampaniyasında rayon rəhbərliyi, icra strukturlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların əmək kollektivlərinin üzvləri, gənclər, ictimaiyyət nümayəndələri iştirak edib.

Ümumilikdə 2500 nəfərdən çox rayon sakini ağac əkib.


***

Masallı rayonuna Ağacəkmə kampaniya çərçivəsinə ümumilikdə 5000 ədəd ağac əkilib.

"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, aksiyada Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Dəyanət Abdullayev, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov və aparatının məsul işçiləri, YAP rayon təşkilatının rəhbərliyi və fəalları, idarə və təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların əməkdaşları, təhsil işçiləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Ağacəkmə kampaniyasında Dövlət Meşə Fondunun 5 hektar ərazisində 5 min müxtəlif növ ağaclar, o cümlədən eldar şamı, sərv, göyrüş, ağcaqayın s. ağaclar əkilib.

Bayram əhval-ruhiyyəli humanitar aksiya Masallı Rayon Mədəniyyət Mərkəzinin instrumental ansamblı və “Halay” folklor rəqs qrupunun maraqlı konsert proqramı ilə çıxış ediblər.


***

Lənkəran şəhərində yerli sakinlər klassik Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsünə böyük həvəslə qoşulublar.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, bununla əlaqədar rayonda öncədən qərargah yaradılıb, tədbirlər planı təsdiq edilib və ağac əkiləcək yerlər müəyyənləşdirilib.

Şəhərin Heydər Əliyev prospektində Xəzər dənizi sahili boyunca və Bakı-Astara magistral yolunun Lənkəran rayonundan keçən hissəsində müxtəlif növ həmişəyaşıl ağacların əkilməsi planlaşdırılıb. Ağacların əkiləcəyi ərazilərdə hamarlama işləri aparılıb, çalalar qazılıb, arxlar çəkilib və sahələr əkinə tam hazırlanıb.

Dekabrın 6-da isə rayonda ağacəkmə kampaniyası baş tutub. Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin 5-ci ərazi sektorunun müdiri Dəyanət Abdullayevin, icra hakimiyyətinin başçısı Taleh Qaraşovun, hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatların rəhbərləri, əmək kollektivləri, ictimaiyyət nümayəndələrinin, ümumilikdə, 500 nəfərdən çox sakinin iştirakı ilə keçirilən kompaniya çərçivəsində şəhərin ayrı-ayrı ərazilərində bir gündə 2 min müxtəlif növ ağaclar əkilib.


***

İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin “Nəsimi ili” elan edilməsi haqqında Sərəncamına uyğun olaraq Astara rayonunda il boyu silsilə tədbirlər keçirilib.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, bu tədbirlərin davamı olaraq Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın bir gündə ölkəmizdə 650 min ağacın əkilməsi təşəbbüsü ilə bağlı 6 dekabr 2019-cu il tarixində bütün rayonlarda olduğu kimi Astara rayonunda da ağacəkmə kampaniyası keçirilib.

Böyük şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılması məqsədi daşıyan ağacəkmə kampaniyasında, rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev başda olmaqla, rayonun bütün idarə, müəssisə, təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Ələt-Astara avtomobil yolu boyunca geniş bir ərazidə 4000 ədəd, o cümlədən dəmirağac, akasiya, birgöz, badam, tuya, sərv və şam ağaclarının əkilməsi həm də ölkəmizdə ekoloji mühitin sağlamlaşdırılmasına bir töhfədir.


***

Yardımlı rayonunda dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibəti ilə ağacəkmə aksiyası keçirilib. 

"Report"un Cənub Mərkəzi xəbər verir ki,  2019-cu ili ölkəmizdə “Nəsimi ili” elan etməsi görkəmli şairin ədəbi irsinin təbliği və öyrənilməsində yeni imkanlar yaratdı. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə respublikamızda və eləcə də, Yardımlı rayonunda mütəfəkkir şair İmadəddin Nəsiminin 650 illik yubleyi ilə əlaqədar ağacəkmə aksiyası böyük sevinclə qarşılandı.
Rayon musiqi kollektivlərinin səsləndirdiyi musiqi sədaları ilə qabaqcadan müəyyən olunmuş ərazilərdə rayonun iqliminə uyğun 3000 ədəd ağcaqayın tingi əkilib. 


*** 

Biləsuvar rayonunda  dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “650 min ağac əkək” aksiyası çərçivəsində ağacəkmə kompaniyası keçirilib.

"Report"un Cənub Mərkəzi xəbər verir ki,zərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair və mütəfəkkir İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublikamızda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə qoşulan Biləsuvarlılar rayon ərazisində bir gündə 3 min ağac əkdilər.

Ağacəkmə aksiyasında rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, rayonun bütün idarə, müəssisə, təşkilatlarının kollektivləri, ictimaiyyətin nümayəndələri və gənclər iştirak etdi.
Bu məqsədlə rayonda əvvəlcədən ağac əkiləcək yerlər müəyyənləşdirilib və ərazidə müvafiq işlər aparılmışdır. Biləsuvar-Əsgərabad-Çaylı yolunun kənarı boyunca olan ərazidə ağcaqayın, xan çinarı, şam, görüş, ərik və digər ağac növləri əkilərək suvarılmışdır


***

Cəlilabad rayonunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində  ağacəkmə aksiyası keçirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, aksiya rayon sakinləri tərəfindən böyük razılıqla qarşılanıb.

Aksiyada Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov, idarə, müəssisə və təşkilatların nümayəndələri, rayon ictimaiyyəti, həmçinin gənclər iştirak ediblər.

Ümumilikdə, 2500 nəfərin iştirak etdiyi genişmiqyaslı ağacəkmə aksiyasında 5 mindən çox ağcaqayın və göyrüş ağacları əkilib.

Qeyd edək ki, bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start verilib. Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkilir. Ən çox bar verən nektar ağaclarının əkilməsinə üstünlük verilir. Ölkədə, ümumilikdə, 650 min ağac əkiləcək.

Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır.


***

Ağstafa rayonunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü çərçivəsində ağacəkmə aksiyası keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, aksiya Ağstafa rayonunun sakinləri arasında böyük maraqla qarşılanıb.

Aksiyada rayonun idarə və müəsisələri, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Belə ki, rayonun cəbhəyanı ərazidə yerləşən Köhnə Qışlaq və Tatlı kəndlərini birləşdirən 2 kilometrlik yolun sağ və sol hissələrinə 4 min ağac əkilib.

Yerli sakinlər ağacəkmə aksiyasında fəallıq göstəriblər.

Qeyd edək ki, bu gün Azərbaycanda ağacəkmə kampaniyasına start verilib. Ağacların əkiləcəyi ərazilərin xəritəsi hazırlanıb. Xəritə Naxçıvan Muxtar Respublikası da daxil olmaqla Azərbaycanın bütün regionlarını əhatə edir. Ağacların böyük hissəsi magistral yolların kənarında əkilir. Ən çox bar verən nektar ağaclarının əkilməsinə üstünlük verilir. Ölkədə, ümumilikdə, 650 min ağac əkiləcək.

Xatırladaq ki, ağacəkmə aksiyasında məqsəd dahi şair İmadəddin Nəsiminin dünya əhəmiyyətli poeziyasının beynəlxalq aləmdə təbliği, xatirəsinin əbədiləşdirilməsi, Azərbaycanın ədəbi və mədəni irsinin tanıdılmasıdır.


***

Gəncə şəhərində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü  ilə ağacəkmə aksiyası keçirilib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, aksiya Gəncə şəhər sakinləri arasında böyük maraqla qarşılanıb.

Ağacəkmə aksiyasında Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev, Milli Məclisin deputatları Naqif Həmzəyev və Pərvin Kərimzadə, Gəncədə fəaliyyət göstərən idarə, müəssisə və təşkilat rəhbərləri, hüquq mühafizə orqanlarının nümayəndələri, habelə tələbələr və sakinlər iştirak ediblər.

Heydər Əliyev park-kompleksinin ərazisində və Nizami Gəncəvinin məğbərəsi ətrafında 10 mindən artıq eldar şamı və dekorativ ağaclar əkilib.

Aksiyada tələbə gənclər də böyük həvəslə iştirak ediblər. Azərbaycan Texnologiya Universitetinin tələbəsi Hüseyin Bədəlov: “Ətraf mühiti qorumaq və onu yaşıllaşdırmaq hər bir vətəndaşın mənəvi borcudur. Bu gün bir gənc olaraq mən də təbiətə öz töhfəmi verərək ağacəkmə aksiyasında iştirak etdim və bununla fəxr edirəm”.

Aksiya zamanı Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin ifasənda ifasında müxtəlif musiqi parçaları səsləndirilib, Gəncə Dövlət Dram Teatrı kollektivinin təqdimatında ədəbi-bədii kompozisiya nümayiş olunub.


***
"Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsünə ölkənin bütün şəhər və rayonlarında insanlar böyük həvəslə qoşulublar. Buna görə də bizim hesablamalarımıza görə bu say daha çox olacaq"

Bunu "Report"un Qərb Mərkəzinə Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Novruz Quliyev bildirib.

Nazir müavininin sözlərinə görə, ağacəkmə aksiyası Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü keçirilən ən böyük tədbirlərdən biridir: "Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə 2019-cu il Nəsimi ili elan olunub: "Nəsimi ili çərçivəsində Respublika ərazisində müxtəlif tədbirlər həyata keçirilir. Respublikanın bütün bölgələri bu aksiyaya qoşulub. Bu gün ərzində 650 mindən çox ağacın əkilməsi nəzərdə tutulsa da, bizim hesablamalarımıza görə bu say daha çox olacaq”, - deyə nazir müavini qeyd edib.

Aksiyada iştirak edən Milli Məclisin deputatı Pərvin Kərimzadə qeyd edib ki, bu təşəbbüsün çox böyük əhəmiyyəti var: “Kütləvi şəkildə keçirilən bu aksiya həm görkəmli mütəfəkkir, şair İmadəddin Nəsimi irsinin təbliği, dünyada tanıdılması, həm də ətraf mühitin yaşıllaşdırılması baxımından olduqca əhəmiyyətlidir”.


***

Ağdaş rayonunda da qüdrətli şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir gündə 650 min ağac əkilməsi təşəbbüsü böyük rəğbətlə qarşılanıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, Ağdaşın ümumi mənzərəsinə xüsusi gözəllik gətirəcək bu xeyirxah təşəbbüslə əlaqədar ərazilər müəyyənləşdirilib, sahələr təmizlənib, çalalar qazılıb və 4500-dən çox ağac əkilib. 

Yaşıllıqların artırılmasına, ekoloji mühitin yaxşılaşdırılmasına töhfə verəcək nəcib aksiyada idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümayəndələri, ziyalılar, gənclər, sadə vətəndaşlar iştirak ediblər. Əkilən ağaclar suvarılıb və onlara aqrotexniki qulluq göstərilib.


***

Lerik rayonunda da Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın görkəmli mütəfəkkir, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü ilə ağacəkmə aksiyası keçirilib.

"Report"un Cənub Mərkəzi xəbər verir ki, 3 mindən yuxarı rayon sakini bu genişmiqyaslı kampaniyaya həvəslə qoşulub. Lerik Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə qabaqcadan müəyyən olunmuş ərazilərdə rayonun iqliminə uyğun üç mindən çox ağac tinginin əkilməsində iştirak ediblər.

Rayon mədəniyyət mərkəzinin kollektivinin səsləndirdiyi musiqi sədaları və “Lakto” rəqs kollektivinin çıxışı tədbirə əlavə rəng qatıb.


***

Mİngəçevir şəhərində Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın böyük şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ölkəmizdə bir gündə 650 min ağacın əkilməsi ilə bağlı təşəbbüsü böyük coşqu ilə qarşılanıb.

”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, bir gündə 650 min ağac əkilməsi kimi xeyirxah və nəcib təşəbbüs Mingəçevir sakinləri tərəfindən rəğbətlə qarşılanıb. Müxtəlif ünvanlarda keçirilən ağacəkmə kompaniyasında musiqi kollektivlərinin həm də konsert proqramı ilə çıxış etmələri yadda qalan olub. 

Mingəçevir ictimaiyyəti şəhərin hər iki istiqamətdən girişində, Heydər Əliyev prospektində, Sağ sahil və Energetiklər qəsəbələrində, məhəllədaxili ərazilərdə, park və xiyabanlarda 10 min ədəd ağac əkiblər.

Əvvəlcədən hazırlıq işlərinin aparılması,sahələrdə səliqə-səhman tədbirlərinin görülməsi, su xəttlərinin çəkilməsi bu nəcib aksiyanın daha yüksək səviyyədə baş tutmasına şərait yaradıb. Gələcəkdə ağaclara aqrotexniki qulluğun göstərilməsi ilə bağlı vəzifə bölgüsü də aparılıb.

Son xəbərlər

Orphus sistemi