Azərbaycan Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir - FOTOREPORTAJ

Azərbaycan Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir - FOTOREPORTAJ Vətəndaşlar “Ana harayı” abidəsi önünə gül dəstələri düzür, faciə qurbanlarının ruhuna dualar oxuyurlar
Multimedia
26 Fevral , 2018 13:53
Azərbaycan Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir - FOTOREPORTAJ

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycan xalqı Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edir.

"Report"un məlumatına görə, Bakıda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət olunur.

Abidəni ziyalılar, ictimaiyyət nümayəndələri, məktəb şagirdləri, habelə sadə vətəndaşlar ziyarət edir, abidə önünə gül dəstələri düzür, faciə qurbanlarının ruhuna dualar oxuyurlar.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının ağır texnikası və şəxsi heyətinin köməyi ilə Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırım törədiblər. Soyqırım zamanı şəhərdə olmuş 3 min nəfərdən 613-ü, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb və insanı alçaldan işgəncələrə məruz qalıb, 197 nəfərin taleyi hələ də məlum deyildir. Səkkiz ailə tamamilə məhv edilib. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülüb, işgəncələrə məruz qalıb və şikəst ediliblər. 

Son xəbərlər

Orphus sistemi