Yuxarı
    Bağlamaq

    Azərbaycan, Rusiya və Qazaxıstan dənizçiləri "Dəniz Kuboku-2016"ya hazırlaşır - VİDEO

    Dəniz Kuboku-2016 yarışması avqustun 1-dən 13-dək Xəzər dənizinin akvatoriyasında keçiriləcək

    Bakı. 27 iyul. REPORT.AZ/ Rusiya Müdafiə Nazirliyi "Dəniz Kuboku-2016" turniri ərəfəsində Azərbaycan, Rusiya və Qazaxıstan dənizçilərinin hazırlığından olan kadrları nümayiş etdirib.

    "Report" xəbər verir ki, bu il yarışın proqramına yeni sınaq - gəminin xilas edilməsi mərhələsi salınıb.

    Ekipaj üzvləri starta sahildə hazırlaşırlar. Hazırlıqlar gəmi bölmələrini xatırladan xüsusi trenajorlarda keçirilir. Şərait maksimum dərəcədə döyüş hazırlığına yaxın hala gətirilib.

    "Dəniz Kuboku-2016" yarışması avqustun 1-dən 13-dək Xəzər dənizinin akvatoriyasında keçiriləcək. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi