“Azərbaycan Dəmir Yolları” Qəbələyə press-tur təşkil edib - VİDEO

“Azərbaycan Dəmir Yolları” Qəbələyə press-tur təşkil edib - VİDEO Yeni dəmir yolu xətti istismara hazır vəziyyətdədir
Multimedia
19 May , 2021 14:10
“Azərbaycan Dəmir Yolları” Qəbələyə press-tur təşkil edib - VİDEO

Bu gün “Azərbaycan Dəmir Yolları” QSC mayın 15-də açılışı olmuş Qəbələ Dəmir Yolu Vağzalına və Ləki stansiyası-Qəbələ birxətli dəmir yolu xəttinə press-tur təşkil edib.

“Report”un məlumatına görə, press-turda iştirak edən jurnalistlərə bildirilib ki, dəmir yolu xəttinin tikintisinə 2018-ci ildə başlanılıb.

Onun uzunluğu ox üzrə 42,3 km, yan yollarla birlikdə isə 44,5 km-dir. Xətt çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90m) və tökmələrdən (12m) keçir. Ümumilikdə layihə üzrə 122 ədəd (o cümlədən 7 körpü, 1 yolötürücü, 6 avtomobil alt keçidi, 2 heyvan keçidi və 106 suötürücü boru) suni mühəndisi qurğunun, Ağdaş dəmiryolu dayanacağı, Qəbələ dəmiryolu stansiyası, Qəbələ dartı yarımstansiyasının tikintisi və Hacıalı yarımstansiyasının təmiri işləri aparılıb.

Bakıdan Qəbələyə qədər dəmir yolu xətti 311 km, qatarın yolda olma müddəti 3 saat 20 dəqiqə təşkil edir. Burada İsveçrənin “Stadler Rail Group” şirkətinin istesalı olan dördvaqonlu ikimərtəbəli sürətli qatarından istifadə olunacaq. Qatar standart, biznes və birinci klass vaqonlardan ibarətdir. Vaqonlardakı yerlərin ümumi sayı 363-dür, bunlardan 293-ü standart, 61-i biness, 9-u isə birinci klass yerlərdir.

Yağış sularının kənarlaşdırılması və torpaq yatağının dayanıqlığını təmin etmək məqsədi ilə 16855 paqon metr beton qanov, 430 paqon metr drenaj xətti və 277 paqon metr olan istinad divarının tikintisi tamamlanıb. Dəmir yoluna paralel olaraq layihə üzrə 10kV-luq sərbəst yan qidalandırıcı elektrik verilişi xətti və kontakt şəbəkə quraşdırılıb. Həmçinin rabitə və işarəvermə işləri istismara hazır vəziyyətə gətirilib. Sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84 600 paqon metr metal hasar quraşdırılıb. Dəmir yolu istismara hazır vəziyyətdədir. Maksimum sürət saatda 135 km təşkil edir.

“Report” bununla bağlı reportajı təqdim edir:

Son xəbərlər

Orphus sistemi