Bakıda restoran və kafelər fəaliyyətə başladı - VİDEOREPORTAJ

Bakıda restoran və kafelər fəaliyyətə başladı - VİDEOREPORTAJ Bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda fəaliyyətlərinə qadağa qoyulan restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub.
Multimedia
18 May , 2020 13:59
Bakıda restoran və kafelər fəaliyyətə başladı - VİDEOREPORTAJ
Report
0 : 00
0 : 00

Bu gündən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonunda fəaliyyətlərinə qadağa qoyulan restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında müştərilərə yerində xidmət saat 08:00-dan 18:00-dək bərpa olunub.

“Report” əməkdaşları obyektləri təxminən ayyarımlıq fasilədən sonra fəaliyyətlərini bərpa edən restoran, kafe, çay evlərindəki hazırlıqlarla tanış olub.

Bəzi obyektlər fəaliyyətə başlamasa, digərləri artıq ilk müştərilərini qəbul edib.

Administratorlar Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun fəaliyyətə başladıqlarını bildiriblər:

"Qərarlara riayət etməyə çalışırıq. Stollar arasında məsafə gözlənilir, ofisiantlar əlcək və maskada xidmət göstərir. Müştəri restorana daxil olarkən temperaturu ölçülür və əllər spirtlə dezinfeksiya edilir".

Sakinlərin bəziləri ictimai iaşə obyektlərinin xidmətlərindən istifadəyə hələ hazır olmadıqlarını bildirib: "Restoranda oturmağa tərəddüd edirəm. Yəqin ki, tələb edilən qaydalara riayət edəcəklər".

Restoran, kafe, çay evlərində, eləcə də bütün ictimai iaşə məkanlarında xidmətlər pandemiya dövründə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən təqdim olunan müvafiq sanitar-epidemioloji qaydalara və metodiki göstərişlərə uyğun həyata keçirilməlidir. Bu qaydalara riayət edilməsi ictimai iaşə obyektlərinin rəhbər şəxsləri və əməkdaşlarının, eyni zamanda xidmətlərdən istifadə edən müştərilərin birbaşa öhdəliyidir. Qaydaların pozulması qanunvericiliklə nəzərdə tutulmuş inzibati və cinayət məsuliyyəti yaradır.

Son xəbərlər

Orphus sistemi