Avropada miqrantlar üçün düşərgə: Dünya tikanlı məftillər arxasında - FOTOREPORTAJ

Avropada miqrantlar üçün düşərgə: Dünya tikanlı məftillər arxasında - FOTOREPORTAJ "Report" Fransanın Kale şəhərinin yaxınlığında yerləşən qaçqınlar üçün olan iki düşərgədən fotoreportajı təqdim edir
Multimedia
9 Mart , 2016 13:20
Avropada miqrantlar üçün düşərgə: Dünya tikanlı məftillər arxasında - FOTOREPORTAJ

Bakı. 9 mart. REPORT.AZ/ Suriyadakı silahlı qarşıdurma başladığı zamandan həmin ölkə vətəndaşlarının Avropaya axını artmaqdadır. Nəticədə miqrant böhranı ilə üzləşən Avropa İttifaqında bura axışan qaçqınlar üçün bir sıra düşərğə yaradılıb. 

"Report"  Fransanın Kale şəhərinin yaxınlığında yerləşən "Dünkerk" və "Cunqli" düşərgələrindən  fotoreportajı təqdim edir.

Burada Suriya, İraq, Əfqanıstan, Efiopiya, Sudan, Eritreya, Kosovo, İran və Pakistandan olan 7 minə yaxın qaçqın yaşayır. Buradakı yaşayış şərtləri Avropa standartlarından çox uzaqdır, insanlar tam antisanitariya vəziyyətində, açıq səma altında yaşayır.

"Dünkerk" və "Cunqli" düşərgələrini könüllü qismində ziyarət edən və Şotlandiyada yaşayan fəal və hüquq müdafiəçsi Fuad Ələkbərovun sözlərinə görə, burada insanlar insanlıqdan uzaq şəraitdə yaşayır. Bundan başqa, insanlar Avropaya uzun yol və ölkələrində addımbaşı gördükləri ölümlərə görə stress keçirirlər. Düşərgədə, həmçinin Aralıq dənizindən qayıqlarda təhlükəli səyahət zamanı valideynlərini itirən çox sayda yetim uşaqlar var. 

Bu düşərgələrdə yaşayan qaçqınlar Böyük Britaniyaya getməyə və orada sığınacaq almağa çalışır, çünki həmin ölkənin qanunvericiliyi Fransanın mühacir siyasəti ilə müqayisədə daha mülayimdir. Lakin bu yol da çox çətindir, çünki düşərgənin ətrafında tikanlı məftillər çəkilib və həmin məftillərə cərəyan verilib. Böyük Britaniyaya "Avrotuneldən" keçmək cəhdi çox zaman "qoçaqlar" üçün ölümlə nəticələnir. 

Hazırda Fransa hökuməti "Cunqli" düşərgəsinin tədricən sökülməsinə başlayıb. Hökumət düşərgədən canını qurtarmağa çalışır, bəs insanlar necə olsun? Bir çoxları müharibənin getdiyi öz ölkələrinə qayıtmaq istəmir. Nə Fransa, nə də Böyük Britaniya onları qəbul etmək istəmir. 

Qeyd edək ki, şəkillər F.Ələkbərov tərəfindən təqdim olunub. 

Son xəbərlər

Orphus sistemi