Ukrayna müharibəsi köçkünləri Avropa İttifaqı ilə sərhəddə - FOTOREPORTAJ

Ukrayna müharibəsi köçkünləri Avropa İttifaqı ilə sərhəddə - FOTOREPORTAJ Artıq 14 gündür Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində yüz minlərlə insan ölkədən köç edir. Bunlar arasında Ukrayna vətəndaşları ilə yanaşı ölkədə yaşayan əcnəbilər, o cümlədən azərbaycanlılar da var. Ukraynadan köç edənlər əsasən Avropa İttifa
Multimedia
9 Mart , 2022 11:30
Ukrayna müharibəsi köçkünləri Avropa İttifaqı ilə sərhəddə - FOTOREPORTAJ

Artıq 14 gündür Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində yüz minlərlə insan ölkədən köç edir. Bunlar arasında Ukrayna vətəndaşları ilə yanaşı, ölkədə yaşayan əcnəbilər, o cümlədən azərbaycanlılar da var. Ukraynadan köç edənlər əsasən Avropa İttifaqı ölkələri istiqamətinə üz tuturlar.

"Report"un Şərqi Avropa bürosu Ukraynanın Avropa İttifaqı ilə əsas sərhədlərindən olan Ujqorod, Vişne Nemeska və Çop şəhərlərindəki sərhəd keçid məntəqələrində olub. Ukraynanın Zakarpatye vilayətində yerləşən bu şəhərlərdəki keçid məntəqələri Macarıstan və Slovakiya ilə sərhəddir.

Yerli sərhədçilərin bildirdiyinə görə, gün ərzində buradan hər məntəqə üzrə, təqribən, 4-5 min adam ölkəni tərk edir.

Qeyd edək ki, hazırda hərbi rejimə əsasən 18 yaşdan 60 yaşadək Ukrayna vətəndaşı olan kişilərin ölkəni tərk etməsi qadağandır.

Son xəbərlər

Orphus sistemi