Yuxarı
    Bağlamaq

    Ahıska qalası - FOTOREPORTAJ

    Burada məscid, kilsə və sinaqoq bir-birindən cəmi bir neçə metr məsafədə yerləşir

    Bakı. 22 aprel. REPORT.AZ / Gürcüstanın Ahıska şəhərindəki Rabat qalası (gürcü dilindən dilimizə tərcümədə "yeni qala" mənasını verir) yerli sakinlər arasında çox populyardır. XV əsrdə inşa olunan və genişləndirilən qala müxtəlif millətlər və dinlərdən olan insanların bir yerdə yaşayışının, ümumi düşmənə qarşı birlikdə vuruşa bilmək əzminin bariz nümunəsidir. Belə ki, qalanın içində məscid, kilsə və sinaqoq bir-birindən cəmi bir neçə metr aralıda yerləşir. Qala 2011-ci ildə bərpa olunub.

    Qalanın ərazisi kifayət qədər böyükdür - şərqdən qərbə təxminən 380 metr və cənubdan şimala 150 metr təşkil edir. Qalanın şərqdə yerləşən aşağı hissəsi günün istənilən vaxtında hər kəsin üzünə açıqdır. Qalanın qərbdəki yuxarı hissəsi isə muzey ərazisi hesab olunur. Aşağıdan yuxarıya köhnəlmiş pilləkən var, şimal tərəfdən isə buraya daxil olmaq üçün ayrıca qapılar mövcüddur. Bu hissə pilləvari quruluşa malikdir və ən yuxarı qülləyə çatmaq üçün hər zaman yuxarı qalxmaq lazım gəlir. 

    Tarixi abidənin yuxarı hissəsi aşağıdan daş divarla ayrılır. Bu divarın şimal tərəfi zəng qülləsi olan xristian kilsəsi ilə birləşir. Ərazidə fəvvarə və Mavritaniya üslubunda qapalı qalereya, Əhmədiyyə məscidi, həmçinin Samtsxe-Cavaxeti muzeyi yerləşir. Əhmədiyyə məscidi XVIII əsrdə tikilib və Əhməd paşanın şərəfinə adlandırılıb. Turistlər onu gözəlliyinə görə İstanbuldakı Ayasofiya məscidi ilə müqayisə edir. 

    "Report" qaladan fotoreportajı oxucularına təqdim edir: 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi