ADNSU və UFAZ-da imtahanların gedişini izləmək üçün media-tur təşkil olunub - FOTOREPORTAJ

ADNSU və UFAZ-da imtahanların gedişini izləmək üçün media-tur təşkil olunub - FOTOREPORTAJ Müşahidəçilər imtahanların obyektiv aparıldığını bildiriblər
Multimedia
23 Yanvar , 2017 12:42
ADNSU və UFAZ-da imtahanların gedişini izləmək üçün media-tur təşkil olunub - FOTOREPORTAJ

Bakı. 23 yanvar. REPORT.AZ/ Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) və Fransız-Azərbaycan Universitetində (UFAZ) payız semestrinin imtahan sessiyasının gedişini izləmək üçün media-tur təşkil olunub. 

“Report”un xəbərinə görə, media-tur çərçivəsində Milli Məclisin deputatları, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, jurnalistlər auditoriyalarda imtahan prosesini izləyiblər.

Qeyd olunub ki, hər iki universitetdə imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün bütün lazımi şərait yaradılıb. Eyni zamanda, imtahan prosesində yarana biləcək mənfi halların araşdırılması və müvafiq tədbirlərin görülməsi məqsədilə operativ qərargah fəaliyyət göstərir.

UFAZ-ın direktoru Vazeh Əsgərov təhsil ocağı barədə tədbir iştirakçılarına məlumat verib. 

Media-turdan sonra Müşahidə Şurasının iclası keçirilib. İmtahanları izləyənlər prosesin obyektiv aparıldığını bildiriblər.

Son xəbərlər

Orphus sistemi