Yuxarı

5 əsrlik tarixi olan Mərdəkan məscidi - FOTOREPORTAJ

Binanın içərisində kontrastlığa meyl özünü göstərir

Bakı. 21 fevral. REPORT.AZ/ Azərbaycanda tarixi abidələr arasında qədimliyi ilə seçilənlərdən biri də Mərdəkan qəsəbəsində yerləşən Tuba Şahi məscididir. 

Məsciddə iki daş kitabə var. Məscidin tikilmə tarixi bizim dövrə qədər yaxşı vəziyyətdə qalmış bu yazılarda göstərilir. Kitabənin birində onun tikilib qurtarıldığı il hicri ilə 886-cı il (1481-1482), habelə onun sifarişçisi Tuba Şahinın adı da göstərilir. İçəri daş kitabədə isə məscidin tikintisinin 1372-ci ildə Hacı Bahəddin ibn Xoca Nurəddin tərəfindən sifariş edildiyi qeyd olunub. Bu yazının kəndin daha qədim məscidinə aid olduğu deyilir.

Binanın içərisində təzadlılığa meyl özünü göstərir. Onun divarları səliqə ilə yonulmuş daşlardan hörülüb. Kvadrata bənzər planın künclərində ibadət zalına bitişik dörd kiçik otaq yerləşib. Məscidin daxili quruluşu Şirvanşahların həyətinə və sərdabələrinə oxşardır.

Onun bayır tərəfi ənənəvi naxışlarla bəzədilib (lentə oxşar naxışlar). Belə portal kompozisiya Azərbaycanın XV əsr memarlığında geniş yayılıb.

"Report" Azərbaycanın bu tarixi abidəsindən fotoreportajı təqdim edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi