4 illik Bakı həyatı: Azərbaycan avropalı diplomatın gözü ilə - VİDEO

4 illik Bakı həyatı: Azərbaycan avropalı diplomatın gözü ilə - VİDEO
Multimedia
692
23 İyun , 2020 17:22
4 illik Bakı həyatı: Azərbaycan avropalı diplomatın gözü ilə - VİDEO
Report

Denis Daniilidis 4 ildir Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndə heyəti rəhbərinin müavini və diplomatik nümayəndəliyin Siyasət və mətbuat şöbəsinin müdiridir.

O, 2016-cı ildən - Türkmənistanda işlədikdən sonra diplomatik fəaliyyətini Bakıda davam etdirir. Bakıda diplomat çox fəal həyat tərzi keçirib. Siyasi təmasları ilə yanaşı, hər dəfə dünyanın müxtəlif ölkələrindən olan insanlar arasında mədəni əlaqələrin və insanlararası körpülərin qurulmasına töhfəsini verib. Məhz onun təşəbbüsü ilə Bakıda təkcə yerli istedadlıların yox, həm də dünya ölkələrindən onlarla yaradıcı insanın qatıldığı Avropa Tolerantlıq Festivalı təşkil edilib. Belə formatda tədbir dünyada Aİ nümayəndəliyi tərəfindən maliyyələşdirilən ilk festival olub.

Azərbaycandakı diplomatik fəaliyyətini başa vurmazdan əvvəl D.Daniilidis “Report”a müsahibəsində ölkədə ən çox nəyi bəyəndiyini, Bakını necə xatırlayacağını açıqlayıb.