Parlamentin komitə sədri: “Polis üzərinə qoyulan vəzifələri yerinə yetirməklə məşğuldur”

Parlamentin komitə sədri: “Polis üzərinə qoyulan vəzifələri yerinə yetirməklə məşğuldur” “Polis hər şeydən əvvəl Azərbaycan vətəndaşı və dövlətin nümayəndəsidir. Polis üzərinə qoyulan vəzifələri yerinə yetirməklə məşğuldur”.
Milli Məclis
9 İyun , 2020 13:19
Parlamentin komitə sədri: “Polis üzərinə qoyulan vəzifələri yerinə yetirməklə məşğuldur”
Ziyafət Əsgərov / Report/Firudin Səlimov

“Polis hər şeydən əvvəl Azərbaycan vətəndaşı və dövlətin nümayəndəsidir. Polis üzərinə qoyulan vəzifələri yerinə yetirməklə məşğuldur”.

Bunu “Report”a müsahibəsində Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov Yasamal hadisəsinə münasibət bildirərkən deyib.

O xatırladıb ki, hökumət iyunun 6-dan 8-i saat 6:00-dək ölkənin iri şəhərlərində sərt karantin rejiminin tətbiq olunması ilə bağlı qərar qəbul etmişdi və polis də həmin qərarın icrasına nəzarətlə məşğul olub:

“Çox arzulayardım ki, vətəndaşlar öz məsuliyyətlərini dərk etsinlər və başa düşsünlər ki, belə hərəkətlərə görə Milli Məclis inzibati və cinayət məsuliyyəti müəyyən edib. COVID-19-la bağlı bütün vətəndaşlar qoyulan qaydalara əməl etməlidir. Bu, hər şeydən əvvəl qayda-qanunu pozanların özü üçün lazımdır ki, özləri və yaxınları buna yoluxmasın. Polisin də işi ondan ibarətdir ki, hökumətin qəbul etdiyi qərarın icra olunmasına nəzarət etsin”.

Komitə sədri bildirib ki, sərt karantin rejimi qaydalarına ümumən vətəndaşlar çox böyük intizamla əməl edib:

“Ancaq bəzi istisna hallarda var. Biz sərt karantin rejimini tətbiq edən yeganə ölkə deyilik. Bizə qədər Türkiyə, Gürcüstan və digər ölkələr də tətbiq edib. Bunun müsbət nəticələrini də görüblər”.

Son xəbərlər

Orphus sistemi