Ziyafət Əsgərov: "Fazil müəllim siz də bir partiya başqanı olaraq yaşıllıq salın"

Ziyafət Əsgərov: "Fazil müəllim siz də bir partiya başqanı olaraq yaşıllıq salın" "Bir kənara çıxıb baxmaq lazımdır"
Milli Məclis
31 Oktyabr , 2017 14:04
Ziyafət Əsgərov: Fazil müəllim siz də bir partiya başqanı olaraq yaşıllıq salın
Parlament sədrinin birinci müavini Ziyafət Əsgərov / Report

Bakı. 31 oktyabr. REPORT.AZ/ “Son vaxtlar Bakıda 10-larla park salınıb. Həmçinin rayonlarımızda da yüzlərlə ağac əkilib. Bu işlər Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Heydər Əliyev Fondu və “İDEA” İctimai Birliyi tərəfindən həyata keçirilir”. 

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Yaşıllıqların mühafizəsi haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlament sədrinin birinci müavini Ziyafət Əsgərov deyib. 

O, deputat Fazil Mustafanın “Yaşıllıqların salınması üçün əhaliyə stimul vermək lazımdır” fikrinə cavab olaraq deyib:

“Yeni Azərbaycan Partiyası da yaşıllıqların salınması ilə bağlı tədbirlərdə yaxından iştirak edir. Siz də bir partiya başqanı olaraq yaşıllıq salın. Fazil müəllim bir kənara çıxıb baxmaq lazımdır. Tənqid etməyə nə var ki?!”.

Son xəbərlər

Orphus sistemi