Milli Məclis sədrinin I müavini: “Azərbaycana qarşı “çirkab maşını” böyük təbliğat aparır”

Milli Məclis sədrinin I müavini: “Azərbaycana qarşı “çirkab maşını” böyük təbliğat aparır” “Azərbaycan həmişə beynəlxalq hüquq və prinsiplərin tərəfindədir. Təəssüf ki, bu gün beynəlxalq hüquq normaları işləmir. Kimin gücü var onların tərəfində olurlar”.
Milli Məclis
24 May , 2019 15:23
Milli Məclis sədrinin I müavini: “Azərbaycana qarşı “çirkab maşını” böyük təbliğat aparır”

“Azərbaycan həmişə beynəlxalq hüquq və prinsiplərin tərəfindədir. Təəssüf ki, bu gün beynəlxalq hüquq normaları işləmir. Kimin gücü var onların tərəfində olurlar”.

“Report” xəbər verir ki, bunu “Azərbaycanda təhlükəsizlik sistemi. Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları” mövzusunda keçirilən “dəyirmi masa”da çıxışı zamanı Milli Məclis sədrinin I müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov deyib.

O bildirib ki, ATƏT-in Minsk qrupu hələ də Dağlıq Qarabağ münaqişəsini həll edə bilmir: “Bizə deyirlər ki, bu məsələni həll etmək üçün mexanizmləri yoxdur. Sonra da deyirlər ki, məsələni sülh yolu ilə həll edin. Bəs Azərbaycan nə etməlidir? Azərbaycan güclənir və bundan sonra da güclənəck. Nə qədər ki, Azərbaycan inkişaf edir və güclənir Ermənistan, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli bir o qədər yaxınlaşır. Azərbaycana qarşı “çirkab maşını” böyük təbliğat aparır. Gənclər hüquqi, tarixi cəhətdən ayıq olmalıdır. Çünki ermənilərin havadarları güclüdür”.

Son xəbərlər

Orphus sistemi