Yuxarı

Dövlət reyestrində qeydiyyata alınmayan binalarda mənzillərin satışına qadağa qoyulması təklif edilir

Bakı. 26 fevral. REPORT.AZ/ Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət komissiyası tərəfindən istismarına icazə verilməyən, daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmayan, sığorta edilməyən çoxmənzilli binalarda mənzillərin satılmasına qanunula qadağa qoyulmasını təklif edir.

“Report” xəbər verir ki, bu təklif Ombudsmanın 2018-ci il üzrə illik məruzəsində qeyd olunub.

Bildirilib ki, qanunsuz məskunlaşmaya şərait yaradan tikinti şirkətlərinin yaratdığı vəziyyət sakinlərin ən müxtəlif problemlərlə üzləşməsinə səbəb olub. Əksər hissəsi artıq məskunlaşmış bir çox çoxmənzilli yaşayış binaları enerji və su ilə təchiz edilsə də, hələ də qazlaşdırılmayıb.

Sənəddə vurğulanıb ki, bəzi işbazlar tərəfindən xarici ölkələrdən gətirilən, müəyyən edilən standartlara cavab verməyən tikinti materiallarının yararlığının yoxlanılmaması, habelə bəzi tikinti şirkətləri tərəfindən çoxmənzilli binaların tikintisində istifadə edilməsi kimi məlumatlar böyük narahatlıq doğurur. Bu problem Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən araşdırılmalı, mövcud standartlara uyğun olmayan inşaat materialları satışdan və istifadədən çıxarılmalı, günahkar şəxslər barəsində isə qanunla müəyyən edilən ciddi tədbirlər görülməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi