Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliyanın iki şəhərində anılıb

Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliyanın iki şəhərində anılıb Bakı. 25 fevral. REPORT.AZ/ Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliyanın iki şəhərində də anılıb.
Milli Məclis
25 Fevral , 2019 17:53
Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliyanın iki şəhərində anılıb

Bakı. 25 fevral. REPORT.AZ/ Xocalı soyqırımı qurbanlarının xatirəsi Avstraliyanın iki şəhərində də anılıb.

Milli Məclisdən “Report”a verilən məlumata görə, paytaxt Sidneydəki Azərbaycan icmasının üzvləri və ölkənin Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilən tədbirə parlamentin deputatları, ictimai xadimlər, media təmsilçiləri, Sidneydə yaşayan həmyerlilərimiz və türk icmasının nümayəndələri qatılıblar.

Tədbirdə Milli Məclisin deputatları - Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar FətiyevAsim Mollazadə də iştirak edib.

Sidneydəki Azərbaycan icmasının nümayəndəsi Nizami  Cəfərov bildirib ki, artıq 27 ildir Azərbaycan xalqının nüayəndələri erməni silahlıları tərəfindən Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində törədilən faciə qurbanlarının xatirəsini yalnız ölkə daxilində deyil, onun hüdudlarından uzaqlarda da qeyd edirlər. Bu faciənin Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcəyini vurğulayan N.Cəfərov bunun bütün bəşəriyyətə qarşı törədilmiş cinayət olduğunu xüsusi qeyd edib.

O vurğulayıb ki, beynəlxlaq ictimaiyyət birləşərək dünyada belə faciələrin bir daha baş verməməsinə çalışmalıdır.

Sonra Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımı haqqında çəkilən film nümayiş etdirilib.

Çıxış edən Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə Ermənistan silahlı qüvvələri tərəfindən törədilən Xocalı faciəsi barədə ətraflı məlumat verib. O ildirib ki, dünyanın bir çox ölkələri, eyni zamanda ABŞ-ın bir neçə ştatı Xocalı faciəsinə hüquqi-siyasi qiymət verərək onu soyqırım kimi tanıyıb.

E.Həbibzadə Avstraliyanın federal və ştat parlamentlərinin də bu faciəyə hüquqi-siyasi qiymət verəcəyinə inamını ifadə edib və onları tezliklə bu addımı atmağa çağırıb. Azərbaycan ərazilərinin hələ də işğal altında saxlanıldığını xatırladan diplomat, Xocalıda törədilmiş qətliamın yalnız Azərbaycan xalqına qarşı deyil, bütün bəşəriyyətə qarşı törədilmiş bir cinayət olduğunu vurğulayıb.

E.Həbibzadə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini ölkəmizin beynəlxalq səviyyədə qəbul edilən sərhədləri çərçivəsində tanıdığına görə Avstraliya hökumətinə minnətdarlığını bildirib.

Milli Məclisin üzvü Asim Mollazadə dinc əhaliyə, xüsusilə də uşaqlara, yaşlılara və qadınlara qarşı amansız şəkildə icra edilmiş bu cinayəti törədənlərin beynəlxalq səviyyədə cəzalandırılmasının vacibliyini qeyd edib. O vurğulayıb ki, bu proses Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının tərkib hissəsidir. Onun sözlərinə görə, milli və dini əlamətlərinə görə insanların qətlə yetirilməsi müasir dövrdə yolverilməzdir. Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarını qeyd-şərtsiz tərk etməsi barədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd məlum qətnaməni xatırladan A.Mollazadə, bütün beynəlxlaq ictimaiyyəti həmin qətnamələrin yerinə yetirilməsi üçün səyləri birləşdirməyə çağırıb.

Toplantıda çıxış edən Avstraliya Federal parlamentinin üzvü Krek Kelli deyib ki, Xocalıda baş vermiş faciə və dütün dünyada törədilən buna bənzər hadisələr heç vaxt unudulmamalı və zaman-zaman xatırlanmalıdır. Azərbaycana bir neçə dəfə səfər etdiyini xatırladan K.Kelli ölkəmizin qazandığı uğurları, sürətli və dinamik inkişafı barədə də məlumat verib.

Türkiyənin Sidneydəki baş konsulu Melih Karalar qardaş türk xalqının daim doğma Azərbaycanın yanında olduğunu və kədərimizə şərik olduğunu bildirib. M.Karalar qeyd edib ki, Xocalıda törədilən faciə bütün dünyada yaşayan insanlara çatdırılmal və onu törədənlər ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Baş konsul belə hadisələrin gələcəkdə bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətinin əlbir olmasının vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən Sidneydəki Azərbaycan icmasının nümayəndələri Mikayıl Oyta və Şəmsəddin Nicati Xocalı faciəsi ilə bağlı xalqımızın kədərini bölüşdüklərini bildiriblər. Xocalı faciəsini Azərbaycan tarixinin ən qanlı səhifələrindən biri kimi dəyərləndirən natiqlər, bu qanın yerdə qalmayacağını, Azərbaycanın işğal altında olan torpaqlarının tezliklə azad ediləcəyinə əminliklərini ifadə ediblər. Azərbaycan həqiqətlərinin Avstraliya ictimaiyyətinə çatdırılması ilə əlaqədar icma üzvlərinin birgə fəaliyyət göstərməsinin vacibliyi də vurğulanıb.

Çıxışlarda qeyd olunub ki, Xocalı soyqırımını törədənlər beynəlxalq hərbi tribunal qarşısında cavab verməli və layiq olduqları cəzanı almalıdırlar.

Avstraliyanın Melburn şəhərində də Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Viktoriya-Azərbaycan Mədəniyyət Assosiasiyası və Azərbaycanın Avstraliyadakı səfirliyi tərəfindən təşkil edilən tədbirə Viktoriya parlamentinin deputatları, ictimai xadimlər, Melburnda yaşayan həmyerlilərimiz və media təmsilçiləri qatılıblar.

Tədbirdə Milli Məclisin deputatları - Avstraliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə də iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Xocalı soyqırımı haqqında Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilən film nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın Avstraliyadakı müvəqqəti işlər vəkili Elcan Həbibzadə 27 il bundan əvvəl Ermənistan silahlı qüvvələri tərəfindən törədilən faciə barədə ətraflı məlumat verib. O qeyd edib ki, dünyanın bir çox ölkələri, eyni zamanda ABŞ-ın bir neçə ştatı Xocalı faciəsinə hüquqi-siyasi qiymət verərək onu soyqırımı kimi tanıyıb. E.Həbibzadə Avstraliyanın federal və ştat parlamentlərinin də bu faciəyə hüquqi-siyasi qiymət verməsinin vacibliyini vurğulayıb və onları tezliklə bu addımı atmağa çağırıb.

Asim Mollazadə Xocalı faciəsi haqqında danışaraq vurğulayıb ki, bu cinayəti törədənlərə qarşı beynəlxalq səviyyədə tədbirlər görülməlidir. Bu proses Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının tərkib hissəsidir.

Viktoriya ştatı parlamentinin sabiq spikeri Brüs Atkinson belə faciələrin gələcəkdə bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyətinin əlbir olmasının vacibliyini qeyd edib.

Federal parlamentə Liberallar Partiyasından namizəd xanım Keyt Eşmor tədbirdə çıxış edərək Xocalı soyqırımının böyük cinayət olduğunu qeyd edib və bunu bütün insanlıq üçün faciə adlandırıb. Bu faciəni yəhudilərə qarşı törədilən Holokost ilə müqayisə edən K.Eşmor belə cinayətlərin təkrar edilməsinin yolverilməz olduğunu vurğulayıb. Qeyd edib ki, belə faciələri törədənlər mütləq beynəlxalq ədalət məhkəməsi qarşısında cavab verməlidirlər. Bu məsələdə ədalət bərqərar olmalı, insanlığa qarşı törədilən belə cinayətlər beynəlxalq ictimaiyyət tərəfindən kəskin pislənilməlidir.

Son xəbərlər

Orphus sistemi