Valeh Ələsgərov:"Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsinin qarşısını almağa çalışan ölkələr var idi"

Valeh Ələsgərov:"Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsinin qarşısını almağa çalışan ölkələr var idi" Vaxtı ilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin çəkilməsinin qarşısını almağa çalışan ölkələr var idi.
Milli Məclis
24 May , 2019 12:59
Valeh Ələsgərov:Bakı-Tbilisi-Ceyhan kəmərinin çəkilməsinin qarşısını almağa çalışan ölkələr var idi

"Vaxtı ilə Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin çəkilməsinin qarşısını almağa çalışan ölkələr var idi".

"Report" xəbər verir ki, bunu “Azərbaycanda enerji təhlükəsizliyi” mövzusunda keçirilən “dəyirmi masa”da çıxış edən Milli Məclisin sədr müavini Valeh Ələsgərov deyib. 

V.Ələsgərov bildirib ki, bəzi ölkələr bu layihənin qarşısını almaq üçün 100 milyonlarla pul xərcləyirdilər.

"BTC-nın maliyyələşdirilməsində Dünya Bankının iştirak etməsi çox vacib idi. Hansı məbləğdə maliyyə ayırmasından asılı olmayaraq Dünya Bankının bu layihəni maliyyələşdirməsi vacib idi. Heydər Əliyev şəxsən Dünya Bankının rəhbərlərinə bu layihəni təqdim etdi. Heydər Əliyevin nüfuzu sayəsində bu layihə həyata keçdi. Bu gün Azərbaycan artıq özünü beynəlxalq arenada təsdiq edib. Bütün bu işlər həmrəylik nəticəsində həyata keçdi. Azərbaycanda həmrəylik olmasaydı, iqtidar-xalq birliyi olmasaydı bu işləri həyata keçirmək mümkün olmazdı”. 

Son xəbərlər

Orphus sistemi