Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişir - SİYAHI

Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişir - SİYAHI Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir.
Milli Məclis
13 May , 2022 12:12
Ümumi təhsil müəssisələrinin təsnifatı dəyişir - SİYAHI

Ümumi təhsil müəssisələrinin yeni təsnifatı müəyyənləşir.

"Report"un xəbərinə görə, bununla bağlı “Ümumi təhsil haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən iclasında III oxunuşda müzakirəyə çıxarılıb.

Belə ki, qanun 12-ci maddəsində ümumi təhsil müəssisələrinin növlərinin yeni redaksiyasına uyğun olaraq “Sağlamlıq imkanları məhdud şəxslərin təhsili (xüsusi təhsil) haqqında” qanunun 7.0-cı maddəsində və “Təhsil haqqında” qanunun 14.5.2-ci maddəsində də dəyişikliklər edilməsi təklif olunub.

Bundan əlavə, qanunun “Əsas anlayışlar” adlanan birinci maddəsinə “inteqrasiya təlimli təhsil müəssisəsi” anlayışının tərifi əlavə edilib. 4.0.29-cu maddəsində “pedaqoji işçi” termininin “müəllimlər” sözü ilə əvəz edilməsi təklif olunub.

Təklif edilən dəyişikliklə ümumi təhsil müəssisələrinin aşağıdakı növləri olacaq:

- inteqrasiya təlimli ümumtəhsil məktəbi;

- Xüsusi ümumtəhsil məktəbi;

- Ümumi təyinatlı internat tipli ümumtəhsil məktəbi;

- internat tipli lisey;

- internat tipli gimnaziya;

- İnteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbi;

- İnternat tipli xüsusi ümumtəhsil məktəbi;

- İnternat tipli sanator ümumtəhsil məktəbi;

- Digər məktəblər.

Qanuna dəyişiklik layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

Son xəbərlər

Orphus sistemi