Ülvi Quliyev: “Azərbaycanda gənclər siyasəti prioritet istiqamətlərdən biridir”

Ülvi Quliyev: “Azərbaycanda gənclər siyasəti prioritet istiqamətlərdən biridir” “Azərbaycanda gənclər siyasəti prioritet istiqamətlərdən biridir. Ölkə başçısı bu sahəyə xüsusi diqqət ayırır. Sabitlik, təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilir. Təhlükəsizlik və stabillik olmadan heç bir inkişafdan danışmaq mümkün deyil”.
Milli Məclis
11 Aprel , 2019 13:20
Ülvi Quliyev: “Azərbaycanda gənclər siyasəti prioritet istiqamətlərdən biridir”
0 : 00
0 : 00

“Azərbaycanda gənclər siyasəti prioritet istiqamətlərdən biridir. Ölkə başçısı bu sahəyə xüsusi diqqət ayırır. Sabitlik, təhlükəsizlik tədbirləri ən yüksək səviyyədə həyata keçirilir. Təhlükəsizlik və stabillik olmadan heç bir inkişafdan danışmaq mümkün deyil”.

“Report” xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı komitə sədri Ülvi Quliyev deyib.

Onun sözlərinə görə, daxili siyasət sırf vətəndaş amili ilə bağlıdır: “Xalqımızın rifah halının yüksəldilməsi, layiqli həyat səviyyəsi ilə təmin olunması istiqamətində çox böyük işlər görülür. Xarici siyasətimiz də daxili siyasətimizin davamı olaraq milli və dövlət maraqlarına bağlıdır. Qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipi əsasında qonşu dövlətlərlə, o cümlədən Avropa dövlətləri ilə, müsəlman dövlətləri ilə əməkdaşlığımız möhkəmlənir. Prezident İlham Əliyevin rəhbərliyi altında bu işlər yüksək səviyyədə həyata keçirilir”.

Son xəbərlər

Orphus sistemi