Türk Dövlətlərinin Parlament Assambleyasının XII plenar iclası 27-29 aprel 2023-cü il tarixlərində İstanbulda keçiriləcək.
"Report" xəbər verir ki, bu gün Qırğızıstanın İssık-Kul vilayətinin Çolpon-Ata şəhərində TürkPA-nın XI plenar iclası keçirilib.
İclasda təşkilatın adı dəyişdirilərək Türk Dövlətlərinin Parlament Assambleyası adlandırılması qərara alınıb.
Görüşdə beynəlxalq təşkilatların nümayəndələri və TürkPA-ya üzv ölkələrin parlament nümayəndə heyətləri də iştirak ediblər.
Həmçinin iclasın əvvəlində TürkPA-ya sədrliyin Qazaxıstandan Qırğızıstana verilməsi mərasimi keçirilib.
Yekun olaraq TürkPA-nın 11-ci Baş Assambleyasının Çolpon-Ata Bəyannaməsi qəbul edilib.
Qırğız Respublikasını Çolpon-Ata şəhərində Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) Şurasının toplantısı və XI plenar iclası keçirilir.
“Report”un məlumatına görə, TürkPA-nın XI plenar iclasının işində TürkPA-ya üzv ölkələrin - Türkiyə, Qazaxıstan, Azərbaycan, həmçinin Özbəkistan, Türkmənistan və Macarıstanın parlament nümayəndə heyətləri iştirak edir.
Tədbir çərçivəsində TürkPA-ya sədrlik Qazaxıstandan Qırğızıstana keçib.
İclasda parlamentlərarası əlaqələrin dərinləşdirilməsi və genişləndirilməsi məsələlərinin müzakirəsi, TürkPA-nın 2023-2028-ci illər üçün strateji yol xəritəsinin təsdiq edilməsi, sosial sahibkarlığın dəstəklənməsi və inkişafına yönəlmiş nümunəvi qanun layihəsinə baxılması planlaşdırılır. Gündəliyə ümumilikdə 18 məsələ daxil edilib.
İclasın yekunu olaraq Çolpon-Ata Bəyannaməsi qəbul ediləcək.