Siyavuş Novruzov: “İctimai nəzarət ordunu dedi-qodu mənbəyinə çevirir”

Siyavuş Novruzov: “İctimai nəzarət ordunu dedi-qodu mənbəyinə çevirir” YAP icra katibinin müavini: “Kimin ailəsində nə baş versə, onun orduya daşımasın”
Milli Məclis
1 Dekabr , 2017 14:04
Siyavuş Novruzov: “İctimai nəzarət ordunu dedi-qodu mənbəyinə çevirir”
Siyavuş Novruzov / Report

Bakı.1 dekabr. REPORT.AZ/ “Bir neçə gün bundan öncə, Kollektiv Təhlükəsilzik Müqaviləsi Təşkilatının (KTMT) toplantısında yeni silahlı birləşmələrin yaradılması haqqında sənəd qəbul edilib. Ermənistan bura qoşulub. Bir tərəfdən Ermənistan Avropa İttifaqı ilə, digər tərəfdən də KTMT ilə əməkdaşlıq edir. Ermənistan KTMT-yə ona görə qoşulur ki, həmin ölkəyə xarici təhlükə olduqda onlara yardım edilsin. Bu həm Ermənistanın, həm də ona şərait yaradanların ikiüzlülüyüdür”.

“Report”un xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

O, Azərbaycanda "Silahlı Qüvvələr haqqında" yeni qanunun qəbulunu vacib sayıb: “Türkiyədə 8 dəfə dövlət çevrilişi olub. Bu, çox təhlükəlidir. Ona görə də Azərbaycanda orduya vahid nəzarət mexanimzi Ali Baş Komandan tərəfindən həyata keçirilməlidir. Ordu cəmiyyətin bir hissəsidir. Cəmiyyətdə baş verənləri orduya daşımaq olmaz. Kimin ailəsində nə baş versə, onun orduya daşımasın. İctimai nəzarət Silahlı Qüvvələri dedi-qodu mənbəyinə çevirsə, o işin heç bir əhəmiyyəti olmaz”.

S.Novruzov qeyd edib ki, Azərbaycan ordusu həm fiziki, həm də mənəvi hazırlıq baxımından yüksək əhval-ruhiyədədir: “Bu gün ordumuz ölkəmizin ərazilərini işğaldan azad etməyə tam hazırdır”.

Qeyd edək ki, Silahlı Qüvvələrə ictimai nəzarət edilməsi ilə bağlı təklifi bir neçə deputat irəli sürüb.

Son xəbərlər

Orphus sistemi