Səməd Seyidov: “Sanksiya qərarı ikili standartların tərkib hissəsidir”

Səməd Seyidov: “Sanksiya qərarı ikili standartların tərkib hissəsidir” Deputat mətbuat konfransı keçirir
Milli Məclis
16 May , 2018 16:39
Səməd Seyidov: “Sanksiya qərarı ikili standartların tərkib hissəsidir”
AŞPA nümayəndə heyətinin rəhbəri Səməd Seyidov / Report/ Firi Salim
0 : 00
0 : 00

Bakı. 16 may. REPORT.AZ/ Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA-nın bəzi üzvlərə sanksiya tətbiq edilməsi məsələsi ilə bağlı mətbuat konfransı keçirir.

“Report”un xəbərinə görə, S.Seyidov deyib ki, Azərbaycan AŞPA-nın strukturları ilə konstruktiv əməkdaşlıq edir.

O qeyd edib ki, bu qurumda Azərbaycana qarşı ikili standartlar da var: “Biz bunun dəfələrlə şahidi olmuşuq. Elan olunan qərar ikili standartların tərkib hissəsidir. Bunun heç əsası yoxdur, bu, Azərbaycanı istəməyən qüvvələrin dəyirmanına su tökməkdir”. 

Qeyd edək ki, daha əvvəl AŞPA deputatlar Səməd Seyidov, Sezar Florin Preda və Jordi Xukla Kostaya iki il müddətinə sanksiya tətbiq edilməsinə dair qərar qəbul edib.

Onlar səsvermə hüququna malik olan Assambleya üzvləri olaraq qalacaqlar, sadəcə, bu müddətdə məruzəçi və seçki müşahidəçisi ola, AŞPA-nın komitələrinin və ya alt komitələrinin hər hansı birinin sədri və ya sədr müavini seçilə, AŞPA sədrinin vəzifəsinə namizəd ola bilməzlər.

Son xəbərlər

Orphus sistemi