Milli Məclisin deputatı AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Milli Məclisin deputatı AŞPA-nın komitə iclaslarında iştirak edəcək Noyabrın 28-də və 29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək.
Milli Məclis
26 Noyabr , 2019 18:00
Milli Məclisin deputatı AŞPA-nın komitə iclaslarında iştirak edəcək

Noyabrın 28-də və 29-da Strasburqda Avropa Şurası Parlament Assambleyasının Büro və Daimi Komitə iclasları keçiriləcək.

Milli Məclisin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, tədbirlərdə Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iştirak edəcək.

İclaslarda AŞPA-nın xarici əlaqələri, Avropa Şurasının Nazirlər Komitəsinə rəhbərliyin Gürcüstana keçməsi barədə müzakirələr aparılacaq, bir sıra təşkilati məsələlərə baxılacaq.

Səməd Seyidov gündəlikdəki məsələlərlə bağlı çıxış edəcək, fikirlərini bildirəcək.

Son xəbərlər

Orphus sistemi