Şəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edildi

Şəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edildi Tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 7 il deyil, 8 il sonra qüvvəyə minəcək.
Milli Məclis
30 Mart , 2020 12:53
Şəhərsalma və tikinti ilə bağlı qanunvericiliyə dəyişiklik edildi

Tikinti layihələrinin şəhərsalma sənədlərinə uyğunluğuna dair Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinin birinci cümləsində nəzərdə tutulmuş müddəa - Məcəllənin qüvvəyə mindiyi gündən 7 il deyil, 8 il sonra qüvvəyə minəcək.

“Report”un xəbərinə görə, bununla bağlı “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” qanuna dəyişiklik layihəsi parlamentin bu gün keçirilən plenar iclasında I oxunuşda müzakirəyə çıxarılıb.

Dəyişikliklə sənədin 2.2-ci maddəsində “7 il” sözü “8 il” sözü ilə əvəz edilib.

Məcəllənin həmin maddəsində deyilir: Tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır.

Şəhərsalma və Tikinti Məcəlləsi 29 iyun 2012-ci ildə təsdiqlənib.

Son xəbərlər

Orphus sistemi