Sahibə Qafarova: "Türkiyə ilə Azərbaycan böyük işlər bacarır"

Sahibə Qafarova: "Türkiyə ilə Azərbaycan böyük işlər bacarır" Pekcanın sözlərinə görə, 2019-cu ildə ikitərəfli ticarət dövriyyəsinin həcmi 4,4 milyard ABŞ dolları olub.
Milli Məclis
556
11 Sentyabr , 2020 14:02
Sahibə Qafarova: Türkiyə ilə Azərbaycan böyük işlər bacarır
Sahibə Qafarova
0 : 00
0 : 00

"İki ölkə arasında mövcud ticarət həcmini artırmaq üçün potensial var".

“Report” “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyədə səfərdə olan Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova bu ölkənin ticarət naziri Ruhsar Pekcanla görüşündə bildirib.

Pekcanın sözlərinə görə, 2019-cu ildə ikitərəfli ticarət dövriyyəsinin həcmi 4,4 milyard ABŞ dolları olub. Tərəflər bu rəqəmi artımaq üçün potensialın mövcudluğunu vurğulayıb.

“Gələcəyimizi birlikdə qururuq. Türkiyə ilə Azərbaycan böyük işlər bacarır. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum təbii qaz xətti, Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr bütün türk dünyasının bir-biri ilə bağlayacaq xətdir. İki qardaş ölkənin fəaliyyəti nəticəsində həyata keçirilən bu layihə Azərbaycan və Türkiyənin Asiya ilə Avropa arasında bir nəqliyyat mərkəzi olma strateji hədəflərinin əhəmiyyətli bir parçasıdır. Bu strateji hədəfə tezliklə qovuşacağımıza əminəm”, - Sahibə Qafarova vurğulayıb.

Son xəbərlər

Orphus sistemi