Milli Məclisin sədri Sahibə Qafarova Qadın Parlament Sədrlərinin 14-cü Sammitində iştirak etmək üçün sentyabrın 7-də Özbəkistanın Daşkənd şəhərinə işgüzar səfər edəcək.
Bu barədə "Report"a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Milli Məclisin sədrinin Qadın Parlament Sədrlərinin 14-cü Sammitinin birinci sessiyasında “Pandemiyadan sonrakı qlobal bərpaya dair risklərin aradan qaldırılması” mövzusunda çıxışı gözlənilir. Sammitdən sonra qadın parlament sədrlərinin iştirakı ilə keçiriləcək dəyirmi masanın yekununda Daşkənd Bəyannaməsi qəbul olunacaq.
Səfər çərçivəsində Azərbaycan parlamenti sədrinin sammitdə iştirak edəcək bir sıra ölkələrin parlament rəhbərləri ilə görüşləri də nəzərdə tutulur.
İşgüzar səfər sentyabrın 10-da başa çatacaq.