Sahibə Qafarova İƏT PA-nın İcraiyyə Şurasının iclasında iştirak edib

Sahibə Qafarova İƏT PA-nın İcraiyyə Şurasının iclasında iştirak edib Şurada qurumun Parlament Assambleyasının İkinci Ümumi Konfransında müzakirəyə çıxarılıb
Milli Məclis
180
1 İyun , 2021 17:11
Sahibə Qafarova İƏT PA-nın İcraiyyə Şurasının iclasında iştirak edib

Bu gün Milli Məclisin sədri Sahibə Qafarova Pakistanın paytaxtı İslamabadda İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (İƏT PA) İcraiyyə Şurasının iclasında iştirak edib.

"Report"un xəbərinə görə, şurada qurumun Parlament Assambleyasının İkinci Ümumi Konfransında müzakirəyə çıxarılacaq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

S.Qafarova çıxış edərək gündəlikdəki məsələlərə münasibət bildirib, İslam dünyasında qadınların rolu haqqında fikirlərini bölüşüb. O, dünyada islamofobiyanın geniş yayıldığı şəraitdə cəmiyyətdə qadınların rolunun daha da möhkəmlənməsinə ciddi ehtiyac olduğunu qeyd edib. S.Qafarova təşkilatda qadın parlamentarların iclasının təşkil olunmasını yüksək dəyərləndirib.

Milli Məclisin sədri bildirib ki, Azərbaycan nüfuzlu beynəlxalq qurumlarla, o cümlədən İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin inkişafına böyük önəm verir. O, bu yaxınlarda Milli Məclisin İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının Nizamnaməsini ratifikasiya etdiyini xatırladıb. Sədr təşkilata üzv ölkələrlə çoxşaxəli əməkdaşlığın dərinləşməsini günün tələbi kimi dəyərləndirib.

İclasda Parlament Assambleyasının İkinci Ümumi Konfransına qatılmış nümayəndə heyətlərinin rəhbərləri iştirak ediblər.

Son xəbərlər

Orphus sistemi