Bəhreyndə bir sıra ölkələrin parlament rəhbərləri Ermənistanın son təxribatları barədə məlumatlandırılıb

Bəhreyndə bir sıra ölkələrin parlament rəhbərləri Ermənistanın son təxribatları barədə məlumatlandırılıb Bəhreyn Krallığında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bir sıra ölkələrin parlament rəhbərləri ilə keçirdiyi görüşlərdə Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar haqqında geniş məlu
Milli Məclis
11 Mart , 2023 21:54
Bəhreyndə bir sıra ölkələrin parlament rəhbərləri Ermənistanın son təxribatları barədə məlumatlandırılıb

Bəhreyn Krallığında işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova bir sıra ölkələrin parlament rəhbərləri ilə keçirdiyi görüşlərdə Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar haqqında geniş məlumat verib.

"Report" xəbər verir ki, Sahibə Qafarova görüşlər zamanı Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra regionda yaranan reallıqlar barədə məlumat verib.

Qeyd olunub ki, hazırda işğaldan azad edilmiş ərazilərimizdə genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, o cümlədən müasir infrastruktur yaradılır, yeni yollar salınır, aeroportlar inşa edilir. Keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına geri qayıtması üçün lazımi işlərin uğurla davam etdiyi diqqətə çatdırılıb.

Həmçinin, Azərbaycanın iki ölkə arasında sülh müqaviləsinin imzalanması üçün Ermənistana bir sıra təkliflər irəli sürməsi, Ermənistanın regionda sülhün və təhlükəsizliyin təmin olunmasına qarşı törətdiyi təxribatlar haqqında danışıb.

Son xəbərlər

Orphus sistemi